Страницы

07.04.2012

Əsl Braziliya serialı!

Sofya Sadıqlı yenə Azərbaycan şor-biznesindən yazdı!


Roza fanatları ilə qoz-fındıq yeyib


Yersiz xəbər saytlarından birinin verdiyi xəbərə görə manıs Roza Zərgərlinin fanatları varmış. Qız hətta bu fanatları ilə birgə bu günlərdə qoz-fındıq da yeyib. İnanın, bu xəb əri eşidəndən elə nigaranam. Çünki Rozanın imkanı olsaydı fanatları ilə qoz-fındıq yeməzdi, quzu kababı, dana basdırması yeyərdi. Siz bilirsizmi dana basdırması manıslarmıza necə qol-qanad, yaradıcılıq əzmi verir. 

Söz yox, qoz da yaxşı çərəzdir və yeyənlərə yaxşı təsir edir. Bu günlərdə xəbər tutmuşam ki, şouxanamızın bütün üzvlərinin qozdan yaman xoşu gəlir. Əsasən də qadın manıslar çox qoz yeyirlər ki, toylarda yarıçılpaq halda oxuyanda üşüməsinlər. Qoz qızdırır axı. Qozla qız və qaz ifadələri arasında çox maraqlı bənzərlik var. Deyir şouxanımlar qoz yeyən kimi qızırlar və qaz axtarırlar. Yox e, qazı sadəcə yonmaq üçün deyil, bişirmək üçün axtarırlar. 
Roza Zərgərlinin fanatları təkcə qoz-fındıq yeməyiblər. Onlara Roza xanım eyni zamanda portağal, alma və banan verib. Fanatların arasında iki dənə pəzəvəng də var idi. Boyunlarının topu dönməyən bu adamların guya musiqini sevdiklərini heç cür ağlım kəsmir. Məncə onlar musiqini deyil, Roza Zərgərlinin qısa yubkasını və sarı saçlarını daha çox sevirlər. Söz yox ki, Rozanın da oxuduqlarının içində ürək açan bir şey yoxdur. Məlumatda isə deyilir ki, fanatların əksəriyəti Facebook sosial şəbəkəsində müğənni ilə ünsiyyət quranlardır.
Manısın pərəstişkarları ona xeyli “podarka” veriblər. Onlar ifaçı üçün təbriklərlə dolu videoçarx hazırlayıblar. Gör e, sonra da deyirlər ki, bizim camaat çox tənbəldir. 


Naxçıvan hələ də silkələnir


Yox, qorxmayın, zəlzələ zad olmayıb. Sadəcə Aygün Kazımova Naxçıvandadır. Özü də tək deyil, Namiq Qaraçuxurlu ilə. 
Sadəcə Aygünün Naxçıvanı silkələməsini Tolik deyib. Aygünün produseri olan Tolik and içib, aman edib ki, Aygün Naxçıvanı elə silkələyib ki, ərik ağaclarının başında heç nə qalmayıb.
Tolik haqqında məlumat verməyəcəm, çünki hamınız onu tanıyırsınız. Nazik qara qaşlarının altından uzun sürməli gözləri süzülüb gedən, nazlı-duzlu Toliki kim tanımır ki? Xülasə, Toliki çox tərifləməyim, sonra şişər. Deməli, şouxanamızın zəhlətökən manıslarından bir qrupu indi də Naxçıvana üz tutublar. Deyirlər, Naxçıvanda zivədən paltar asmaq qadağandır. Amma Naxçıvanda manısın alt paltarını görmək hələ ki, qadağan edilməyib. Yoxsa, Aygün Kazımova uzun ətəkli yubkasının qabağını belinə qədər cırmazdı. Yox, naxçıvanlıları təkcə Aygün deyil, eyni zamanda zərif cizgili, incə səsli, ağır-batman Rəqsanə, qısa yubkasını dünyaya göstərən Səfurə də iştirak edib. bütün bunlar Aygünün nə vecinə. Aygünə əsas Namiq gərəkdir. Namiq isə Aygünündən bir dəqiqə əl çəkməyib. Deyirlər, hətta Namiq necə cuşa gəlibsə, Aygünə evlənmək təklifi də edib. 


Лекция Александра Васильева "Секс и мода"Nura “kişi” arzusuna çatdı


Deyirlər, əməkdar incəsənət xadimi Arif Qazıyev populyar manıs Nura Surinin arzusunu yerinə yetirib. Belə ki, o, şəxsi kolleksiyasındakı qalstuklardan birini manıs Nuraya hədiyyə edib.
Xatırladaq ki, Nura Suri yerli telekanallardan birinə açıqlamasında A.Qazıyevdən qalstuklarından birini ona verməsini istəmişdi. Sizə çox qəribə gəlməsin. Nura canlı yayımda hər cür adamdan hər cür zad istəyə bilər. Çünki yazığın sözü qurtaranda susmaq yadından çıxır. Bu əslində çox sadə bir anlayışdır. Amma Nura o qədər oxuyub ki, bəzən məkanı və söhbətin mövzusunu qarışdırır. 
Hədiyyəni təqdim edən A.Qazıyev yüngülvari bir çıxış da edib: “Bütün qadınlar bilirlər ki, mən qalstuk həvəskarıyam. Məndə çox qalstuk var. Hədiyyəm Nura Suriyə yaradıcılığında azacıq da olsa, kömək edəcəksə, məmnuniyyətlə ona bu hədiyyəni edərəm. Ona uğurlar arzulayıram”. 
İndi bu qalustukun Nuranın yaradıcılığına necə təsir edəcəyini dəqiq bilməsək də heç olmaya bir balaca rahatladığını bəlli etmək mümkündü.


Прикольные анимации 6
Rəqsanə atasını axtarır ki...


Populyar manıs Rəqsanə 20 il öncə onun anasını 2 qız uşağı ilə ataraq getmiş atasının axtarışına başlayıb. O, uşaqlıqda atasına məktublar yazdığını, lakin heç vaxt cavab almadığını qanlı göz yaşlarına boğularaq söyləyib: “O zaman mənim 5 yaşım var idi. Ona görə də atamı dəqiq xatırlamıram. Açığı, hələ də anlamıram ki, o, ailəsini necə ata bilib? Nə vaxtsa müğənni olacağımı və ailənin bütün problemlərinin mənim üzərimə düşəcəyini bilməzdim. İndiyədək ailə başçısı funksiyasını icra etmişəm: ailəyə baxmışam, problemləri həll etmişəm. Halbuki bütün bunları o etməli idi. Yalnız onu bilirəm ki, bir müddət Rusiyada həbsxanada olub. Həbsxanadan çıxdıqda isə bizi yanına çağırdı. Qohumlarım anamın onun yanına getməsinə icazə vermədilər. Nəticədə atam anamdan incidi və bütün əlaqələri kəsdi. Bibim və əmimlə əlaqə saxladığını bilirəm. Bizdən isə qaçır. Onu həmişə axtarmışam - hətta bacım buna qarşı olduqda belə. Soruşmaq istəyirəm ki, bu illər ərzində qızları heç yadına düşübmü”. Əsl Braziliya serialıdır. 
Görəsən, bu qız yaşının, başının bu vaxtında atasını neynir? Amma mən bilirəm neynir. Rəqsanə atasını düz bir il “Səni axtarıram”da axtaracaq. Sonra atasını və ya ona oxşarının birini tapacaq. Bunu da bir il verilişin aparıcısı Xoşqədəm Hidayətqızı “şok, şok, şok” üşütməsi ilə efirdən camaatın üzünə bağıracaq. Sonra şokların göstərilməsi başlanacaq. Bu zaman Rəqsanə yarıçılpaq və qirimlənmiş halda kədərli bir mahnı oxuyacaq. Sonra kədərli həyat tarixçəsini danışacaq, sonra isə göz yaşlarını abi-leysan kimi tökəcək və kulminasiya nöqtəsində aparıcı Xoşqədəm Hidayətqızı araya girib elə buradaca verilişi saxlayacaq. Yəni gözüyaşlı Rəqsanə bivəfa atası ilə gələn verilişdə canlı görüşəcək. Bu lap Meksika və Hind seriallarına bənzəyir. Məgər sizə serial lazım deyil. Xoşqədəmlə Rəqsanənin serialında iki nəfər qazanacaq. Rəqsanə özünü uzun müddət reklam edəcək. Kimlərinsə yazığı gəlib onu oğlunun kiçik toyuna çağıracaq. “Səni axtarıram” verilişi də xeyli tamaşaçı yığacaq başına. Çünki bu camaatın ürəyi gedir kriminaldan ötrü. Arada itirən də elə qara kütlə olacaq. Onlar əsəblərini, sağlamlıqlarını itirəcəklər. Rəqsanə çoxlu pul qazanıb kef edəcək. Siz də kef edin, beş günlük dünyadı. 


71 minlik “Centlmen”


Manıs Elnarə yeni klipinin təqdimatını keçirib. “Centlmen” adlanan klipi Türkiyədə 71 min avroya çəkdiyini deyən xırdagözlü, qırmızı saçlı Elnarə Aygün Kazımovaya qalib gəldiyinə görə xeyli sevinib. O, deyib ki, 71 min avroluq klip yerli müğənnilər üçün rekorddur. Bunadək ən bahalı klip xalq artisti Aygün Kazımovanın “Düşün məni” mahnısına çəkdirdiyi klip idi. Klip, A.Kazımovaya 70 000 avroya başa gəlmişdi.
анимация прикольные котыGörəsən, Elnarənin bu bayağı, heç bir məna verməyən klipinə xərclədiyi 71 min avroyla nə qədər xeyirxah işlər görmək olardı? Əşşi, mənə nə. Elnarə kimi manıslara guya xeyirxahlıq gərəkdir. Elnarəyə reklam gərəkdir. Bu ölkədə puldan böyük reklam yoxdur. Bir sözlə, sən də kef elə Elnarə. 


Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий