Страницы

11.04.2012

Sənin şəklinə...

MİRZƏ SAKİT


Sıxılıb köksümə orda qalaydın
 Kaş məni beləcə qucaqlayaydın


Sənə necə deyim yolundan dönən
 Hələ bir şəkil də göndərdin dünən
 Qucduğun o gözəl kim idi - Denən,
 Baxıb dərdə düşdüm, gözlərin aydın
 Kaş məni beləcə qucaqlayaydın


Yuxuda səninlə xeyli dalaşdım
 Sən mənə gülərkən çox ağlamışdım
 Özüm-öz qoynumu qucaqlamışdım,
 Noleydi bu gecə burda olaydın
 Kaş məni beləcə qucaqlayaydın


Baxırdım, gülləri dərdiyin zaman
 Necə qoxlayırdın aman, ay aman
 Sinənə gül sıxdın, qısqandım yaman,
 Bax o gül yerinə məni alaydın
 Kaş məni beləcə qucaqlayaydın.

Комментариев нет:

Отправить комментарий