Страницы

02.04.2012

Yaxşı bilet

 Əli Şirin Şükürlü


Tələbələrimə


neçənci çıxarırsan
qutudan biletiçıxar,
istər birinci,istər sonuncu,
fərqi yox, Tutu,
qələbə şansı eyni.


təsadüf yoxdu həyatda –
demişdim axı.
təsadüf – bilməməzliyinvə
biliyin məhsulu, Tutu.
təzad alınsa da həqiqət budu:

təsadüf  - çünki bilmirik,
həm də
bilirik bilmirik vəöyrənirik.
yolu -riyazi modellər;
təsadüfi hadisələr
təsadüfi proseslər...


modelin biri “markov prosesi” –
manqurt proses deyərdik ona –
sistem hər an unudur keçmişi;
indiki vəziyyətənə cür,
hansı yolla gəlir,əvvəli necə imiş:
“yaşasın gələcək, əlvida keçmiş!”


maraqlı idi,həm də həyati–düzdü,
“xoşbəxt bilet” axtaran ağıllı Tutu.


evlər sıra-sıra əzəmətli,
maşınlar sıra-sıra bahalı,
adamlar sıra-sıra ümidli.
istər qabağa düş,istər geri qal,
udmaq şansı bərabər,
uduzmaq şansı da elə.
təsadüf  yoxdu,
hər şey qanunauyğun –
demişdim axı.


“yaxşı bilet”ehtimalı,
istər birinci çəkbileti,
istər sonuncu dəyişmir, eyni -
yadındadı,Tutu?
yadındadı -qapalı qutu.


-unutmusan ?onda gəl
təzədən başlayaq: qutuda
25 bilet var 5-i yaxşıdı,
cəmisi beşi. qutu...


-xatırladın, özün həll edərsən?
nə yaxşı, Tutu!


***
bu yaz.  ax bu yaz, bu yaz.
ax bu yazı bu yazı...
heç nə yaza bilmədim
nə qaldı bu yazdan
nə qaldı bu yaza bilmədim

Комментариев нет:

Отправить комментарий