Страницы

26.04.2012

Zümrüd Yağmurun “Diriləri basdırın” adlı növbəti romanı dərc olunmuşdur

“Diriləri basdırın” romanında insanın güc əldə etmək üçün hər şeyini, bütüb dəyər və mənəvi keyfiyyətləri, hətta doğmalarını belə bu istəyinə qurban verməsinin mahiyyəti əks olunmuşdur. Əsərin qəhrəmanları daxili sarsıntı və psixoloji gərginliklə ətrafında baş verənlərin gah əsirinə çevrilir, gah da onu aşağı doğru çəkən hər şeydən imtuna etmək üçün mücadilə edir.
Romanda yaşadığımız mühitin naqislikləri əslində güc və zorakılıqla əzilən, eyni zamanda gücü zorla birləşdirib öz mənəvi aləmini də qətl edən insanların faciəsi ilə əks etdirilmişdir.
İndi dünyada  baş verən inqilabi dəyişikliklər fonunda məhz diktatorlara ithafən yazılan əsərin orujinal çəhətlərindən bir də odur ki, süjet içində sanki tam fərqli bir zaman tunelində güclü olmaq adına özünü və hər şeyini qurban verənlərin əslində elə dünyanın ən axmaq adamı olduğu sübut edir. Gücün süqutunu, diktaturaların çöküşünü iki meydandakı fərqli hadisələrin fonunda günümüzə bağlayan müəllif əslində “Diriləri basdırın” romanı ilə bəşəri bir həqiqqəti, zalım gücün məğlubiyyətə məhkum olduğunu təsvir etmişdir.
Romanı oxucular "Əli və Nino", Akadem kitab, kitab akademiyası, eyni zamanda metronun Elmlər akademiyası, Nizami və İçərişəhər stansiyalarının girişində yerləşən kitab dükanlarından əldə edə bilər.

Комментариев нет:

Отправить комментарий