Страницы

30.05.2012

ABŞ-dan Bəşər Əsədə inanılmaz təklif

 "Nə qədər istəyirsən pul, ləl-cəvahirat götür, Rusiyaya get"


Yəmənin sabiq dövlət başçısı Əli Abdullah Salehiyə sığınacaq vermiş ABŞ Suriya prezidenti Bəşər Əsədə "Yəmən düsturu"nu təklif edib. Publika.Az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Bəşər Əsəd və ailəsinin Suriyadan ayrıldıqdan sonra Rusiyada sığınacaq tapmasını arzulayır.
Prezident və ailəsi Suriyadan gedəndə sonrakı həyatlarını davam etdirmələri üçün özləri ilə külli miqdarda pul və ləl-cəvahirat da apara bilərlər. 
Bəşər Əsədin və ailəsinin mühakimə olunmamalarına zəmanət verilir.

Комментариев нет:

Отправить комментарий