Страницы

22.05.2012

Artıq bir həftədir yuxu görmürəm...

Ədil Emin Məmmədsoy

Mən niyə gecələr yatıram bilməm?
Bu istirahətdirmi yoxsa əzabdir?
Bir sən orda idindin, birdə yalnız mən,
Artıq bir həftədir yuxu görmürəm.

Keçdi gözəl günlər, gözəl gecələr,
Realda olmasa, röyada birdik.
Deyirdik sevgimiz biz ölsək ölər,
Artıq bir həftədir  yuxu görmürəm.

Mən sənsiz qalmışam bu qürbət eldə,
Darıxır gözlərim səni görməsə.
Gecələr yorğanı aparır yel də,
Artıq bir həftədir  yuxu görmürəm.


Mən səni harada arayım, sorum?
Axı səndən başqa kimim var mənim.
De, hansi yuxunda mehmanin olum?
Artıq bir həftədir  yuxu görmürəm.

Bicarə qalıbdir Ədil gecələr,
Səni gözləməkdən gözdə saraldı.
Zaman ələyindən eşqi gec ələr,
Artıq bir həftədir  yuxu görmürəm.


Комментариев нет:

Отправить комментарий