Страницы

26.05.2012

AZƏRBAYCAN GERÇƏKLİYİ – 1


Şirinxanim Kərimbəyli Şadiman

1991-ci ildə «Ürək niyə ağrıyırsan?!»  ilk toplum dünya işığına vəsiqə qazanandan sonra uzun  müddət ədəbi aləmdən ayrıldım. Səbəbi də o idi ki, bir həqiqəti gün kimi aydınca dərk etmişdim ki, yazar olmaq böyük bir məsuliyyətin altına girmək deməkdir. İstər şair, istər yazıçı, istərsə jurnalist  olsun  əsl həqiqəti ortaya qoymalıdır.
Heç kimə şər yaxmadan, heç kimi qaralamadan, heç kimin haqqını  tapdalamadan, heç kimə yaltaqlanmadan, heç kimə məddahlıq etmədən ağlının, şurunun diqqtə etdiyi  kimi, vicdanınla xoş məramlı təmasından rövqnəqlənib əsil həqiqətlər fonunda yazmalısan. Yəqin ki, hər  bir ciddi yazar dərk edir ki, o, bugün üçün yazmır. O, sabaha görə bugünü qələmə alır. Elə birinci  kitabımda da əsil həqiqətlər ortaya qoyulmuşdu. Bu hələ o zamanlar idi ki, sovet hökuməti  dağılmamışdı. Deyəsən mənim bəxti qara ilk kitabımın ayağı sovet hökumətinə düşmədi. Az müddət  sonra onun ölüm xəbəri bütün dünyanı yerindən silkələdi. İndi bir çox siyasətbazlar, vətənbazlar, partiyabazlar, tayfabazlar, hoqqabazlar, habelə boşboğazlar sovet hökumətinin ölümünü Qarabağ  hadisələri ilə bağlayır. Amma mən belə düşünmürəm, əslində Qarabağ və ümumən Sovet İmperiyası  daxilində baş vermiş faciələr Sovetlər Birliyinin dağılmısı üçün qabaqcadan yazılmış, böyük dövlətlər  tərəfindən planlaşdırılmış bir ssenari  idi. Ssenarinin müəllifi isə hegemon dövlət olan Amerika idi. Və  Qarbaçov da bu ssenarinin baş qəhrəmanı idi. Necə deyərlər balıq başından iylənmişdi. Qarboçovun  Rusyidakı tərəfdaşları isə ona görə bu addımı dəstəklədilər ki, yığdıqları milyonları həzm etmək  üçün...Vaxtı ikən 300 illik Romanovlar sülaləsinin, yəni çar Rusiyasının altını üstünə çevirmiş və bütün  dünyanı öz imperialist inqilabı ilə çalxalamış, sosialist adı altında xalqları yenidən qoca imperiya  qartalının caynaqları altına altına yığmış V. İ. Lenin təbirincə desək: «Yuxardakılar ölkəni idarə edə  bilmirdilər, aşağıdakılar isə bu qayda ilə yaşamaq istəmirdilər». Əlbbətdə ki, dünyanın heç bir yerində  vətəni olmayan, qaraçı qövmi olan ermənilər də bu cızılmış plandan yetərincə yararlandılar. Daha  doğrusu əzəli qardaşları ruslar bu baş verənlərdən onları dəyərincə mükafatlandırdılar. Bəs erməni sevgisi ruslarda nə zamandan yaranıb?.. Rusiya Qafqazda öz dayağlarını möhkəmləndirmək üçün  dünyanın heç yerində yeri-yurdu olmayan ermənilərdən istifadə etdi. Siz sual edə bilərsiz ki, xristian  dininin qollarından biri – eyni pravoslav məzhəbin daşıyıcıları olan gürcülərlə ruslar niyə bu birliyi  yarada bilmədilər? Çünki gürcülər ruslara işğalçı kimi baxır və Qafqaz onların ata-baba məkanıdır. Ruslara isə yersiz-yurdsuz bir qövm lazım idi ki, onları daimi boyunduruğda saxlasınlar. Özləri cənubi  Qafqazda asanlıqla lövbərlərini sala bilsinlər. Bu qövm isə ermənilər oldu. Türklərin  ƏRMƏN boyunun adını oğurlamış haylar...Hayların özləri haqqında belə bir deyimi var.”Biz bir torpaqda doğularıq, başqa bir torpaqda yaşayarıq,  digər bir torpaqda isə ölərik.” Özlərinin bu deyimdən bəlli olur ki, onlar qaraçı qövmümdir.Xristian qıpçaq türklərinin, xristian albanların tarixini, əlifbasını oğurlayan haylar...Rus imperiyası Azərbaycanımızın ata-baba torpaqlarının hesabına qılınc gücünə ermənilərə dövlət qurdu. Erməniləri  yaxşı tanıyan millətlərin aydınları yaxşı bilirlər ki, onların bir neçə üzü var. Bu bir neçə üzlü millətdən  də ruslar Qafqazda bu gün də yararlanmaqdadırlar. Əslində Ermənistan adlanan dövlətin adı  ermənilərin, dadı isə ruslarındır. Onlar necə lazımdır Qafqazda bu dövlətin dadını çıxardırlar. Ermənilər  isə bu dövlətin kirayəşinləridir. Sual edə bilərsiz niyə görə? Ona görə ki, gəlmədirlər, yerli deyillər. Onları  burda yerli edən ruslardır, ermənilər onlardan daimi aslılıqdadırlar. Çünki ermənilərə dövlət, ruslara  isə  cənubu Qafqazda daimi at oynatmaq üçün məkan lazım idi...Məzhəbləri ayrı olsa da əqidə birliyi  karlarına yetib. Həmişəki kimi... Əslində təkcə ruslar yox, hegemon xaçpərst dövlətlər niyə ermənilərin  tərəfindədir? Bunun səbəbini millətimizin çox qismi müsəlman dini ilə bağlayır. Yaşlı və gənc nəsilin  arasında bu fikir dolaşmaqdadır. Ancaq birinci səbəb müsəlmançılıq yox, ölkə əhalisinin böyük bir   qisminin türk olmasıdır. Hegemon dövlətlər ikinci bir türk dövlətinin bu bölgədə möhkəmlənməsinin  əleyhinədir. Məhz müsəlman dövlət olan,  Güney Azərbaycanını öz əsarətində saxlayan İranla da bu  məsələ də fikirləri üst-üstə düşür. Çünki tarixləri silkələyən türk  xofu onların qan yaddaşında öz dərin  izlərini  buraxıb...Bu baxımdan cani-dillə ermənilərə tərəfkeşlik edirlər. Öz haqq işimiz uğrunda  dünyanın böyük istilaçıları ilə çarpışmıq üçün bizə uzun bir mübarizə yolu lazımdır. Bu ölkənin  vətəndaşı olan hər kəs başının altına yastıq qoyub dərin yuxuya getməməlidir... Çünki əzəli  yurdlarından çıxmışlar öz əzəli yurdlarına qayıtmalıdırlar. Bu belə olmasa bizim bugünki  müstəqilliyimiz  də olmayacaq. Bu məsələnin hamımız bir nəfər kimi dərkinə varmalıyıq. Bu gün bizim düşmənlərimizin  çoxluğunun səbəbini dinimizdə yox, dilimizdə və hansı kökün təməlində durmağımızda axtarmalıyıq. Əgər bunu danmaq mümkündürsə danın, hansı millətdən istəyirsizsə olun, əgər bu sizə zövq verirsə... Ey internet portallarında səhərdən–axşamadək millətin dininə, onun həyatda daşıdığı mövqeyə dodaq  büzənlər... Sizin axırınız hara gedir??
Əslində ov silahları da əlindən alınmış kişilərimiz ordusuz, əliyalın imperiya qoşunu ilə üz-üzə  qaldı. Elə burdaca bunun ən böyük günahını kürsü aşiqlərində görürəm. Onlar Moskvanın sözüylə yox,  namusunun, vicadının səsiylə oturub durmalı idi. Amma təssüf ki, bu belə olmadı...Biz ermənilərlə yox, rus işğalçıları ilə döyüşürdük. Çünki ruslar onlara qahmar çıxmasaydılar ermənilər bizimlə üz-üzə  gəlməyə cəsarət tapmazdılar. Qarabağ döyüşlərində canıyla, qanıyla şücaət göstərən kişilərimiz hər  cür hörmətə, izzətə layiqdirlər. Məhz, onlar namuslarının tapdalanmasına, ana-bacılarının, arvad-uşaqlarının yağı əlinə düşməsinə dözə bilmədikləri üçün əliyalın, əllərinə keçən silahlarla nəyi  bacardılarsa onu etdilər. Mən Qarabağ döyüşçülərinə məğlub kimi baxmıram, onlar qəhrəmanların  qəhrəmanıdırlar! Rusiya bizim qolumuzdan qandalları tam açmayıb, yurdlarımızı işğal altında  saxlamaqla bizi öz tabeçiliyindən tam buraxmamağa çalışır, Qarabağ düyünü rusların idbar  siysətçilərinin  əlindədir. Rusların daxildən öz burunları əzilməsə biz bu zillətdən çətin qurtararıq. Bu  gün Rusiyada rəhmətlik Roxlin kimi siyasətçilərin sayı artmasa onun öz sabahı sual altında olacaq. Rusyianın daxilində hələ zəncirlərdən qurtulmamış sayı milyonlarlı ötmüş rus olmayan azsaylı xalqlar  haqlarının tapdalanması zorundadırlar. Rus höküməti qandallardan azad olmuş ölkələrin azadlığını heç  cür həzm edə bilmir. Bütün bunları yazıya gətirməkdə məqsədim heç də siyasəti çözələmək deyil. Tarixlə bağlı olmuşlarla palitoloqlar, tarixçilər, siyasətçilər məşğul olmalıdır. Ancaq doğru-düzgün  şəkildə... Bu da onların öz vicdanına qalıb...
Sovetlər Birliyinin dağılması bir tərəfdən bizə müstəqillik bəxş etdisə, digər tərəfdən bizi qarşısı  alınması çətin olan bir çox problemlərlə baş-başa qoydu. Bu problemlər bu gün də yaşadığımız ölkənin  hər sahəsində özünün çılpaqlığı ilə büruzə verməkdədir. Torpağlarımızın az bir hissəsində müstəqillik  abı-havasında yaşayırıqsa bu bizim hələ tam xoşbəxtliyimiz demək deyildir. Çünki bu müstəqqilliyi  gözbəbəyəmiz kimi qoruyub saxlamaq üçün biz öz-özümüzlə, öz içimizdə inqilab etməliyik. Hamı bir  nəfər kimi bu müstəqilliyin bayrağından, himnindən, himnin sözlərindən tutmuş bütün dəyərlərini cani-dildən sevməlidir. Öz ailəsi kimi, ailəsinin içindəki uşağı kimi, nəfəsi kimi, insanın var olmasının əsas  amili olan hava kimi, su kimi... Müstəqilliyimizi qazanan gündən demokratiya pərdəsi altında xalqın baş-beyni korlayan saysız-hesabsız sektalar qapı-qapı düşüb avam, pulsuz, köməksiz insanlarımızın  şüurunu korlamağa başladılar. Bu, dünən özünü müsəlman kimi görən, müsəlman adət-ənənəsiylə  yaşayan insanlarımızın bir çoxunun beyinini zəhərlənməyə başladı. 70 il sovet sisteminin allahsızlıq, dinsizlik qadağaları altında yaşayan millətimiz ruhunu qorudu. Ata-babalarının əziz bir nemət təki  saxladığı adətləri öz qan yaddaşında əzizlədi, ürəyində bəslədi, əqidəsindən dönmədi, onun üstünə  heç bir ləkə düşməsinə yol vermədi. Bizim insanlarımızı nə əydi görəsən, madiyyat çatışmazlığı və  yaxud mənəviyyat yoxsulluğu? Əslində Azərbaycanda sektalaşma siyasəti aparanlar mənəvi  cəsuslardır. Şimali Azərbaycanımızın varlığını yox etmək istəyənlərdir. Əgər dünən bu insanların sayı  barmaqla sayılası idi, bu gün isə minlərlədir. Ölkəmizə əməlli-başlı xarici missionerlərin axını başladı. Pulsuz paylanılan boş-boş xülyalarla doldurulmuş kitablarla, aylıq ac millətə ödənilən məvaciblə  sektalaşma sevdası gündən-günə insanlarımızın içində artdı. Hətta bu bölgələrimizdə də tüğyan  etməyə başladı. Bü gün sektalaşma gedən bir ölkədə sabah qardaş qardaşa qarşı çıxmayacaqmı?! Xristianlaşma, sektalaşma iki yüz il rusun əlaltısı olan və nəinki türk qövminə, hətta bu ərazidə yaşayan  müsəlman inanclı digər az saylı xalqlara qənim kəsilən erməniyə güllə atmamağı, onunla can deyib  can eşitməyi təbliğ edir bizlərə... Bu erməni ilə muharibə şəraitində olan Azərbaycana nə vəd edir? Deməli bizi içəridən dağıdıb məhv etmək istəyirlər. İş burasındadır ki, həmin bu adamlar müsəlman  adlarını və soy adlarını daşmaqla millətimizə yad, ögey dinlərə, sektalara xidmət etməkdədirlər. Bu  adamların ədəbi aləmdə də boy göstərməkləri bu gün ağlı kəsən hər kəsə gün kimi aydındır. Onlar,  islam  inanclı  millətimizin  kimliyinə  qara  yaxır,  məxsususi  şərq  aləmi  ilə  qırılmaz  tellərlə  bağlı  olan ədəbiyyatımızı,  musiqimizi, folklorumuzu danır və dünənimizin üstündən qara xətt çəkirlər. Bu  şəxslər internet portallarında necə deyəllər at oynadır, xalqımızın kimliyini danırlar. İnternet  portallarında bu adamların minlərlə oxucuları var. Jurnalist adıyla ermənilərin evinin içinə qorxusuz-hürküsüz gedən bu insanlarda milli hisslərdən başqa hər şey var. Əsasən internet saytlarından gənc  nəsil istifadə edir. Deməli sabahımız olan gənc nəsilin beyini zəhərlənir. Nə qədər acı, ürəkbulandırıcı  olsa da bunu etiraf etməliyik. Əslində dinlər müasir ikiayaqlı bəndələrin əlində oyuncağa çevrilib. Biri  ondan öz siyasətini qurmaq üçün, digəri qazanc mənbəyi kimi, bir başqası başqalarından fərqlənmək  üçün istifadə edir. Elə xristianlığa pərəstiş, onlar kimi yazmaq, onlar kimi danışmaq, toylarda gəlin və  bəyə şampan içirtmək, qərb musiqilərinin sədası altında atılıb-düşmək, toyu iyrənc, çığır-bağırla dolu  şouya çevirmək və sair... Onu da qeyd etmək yerinə düşər ki, bir tərəfdən gəlinlə bəyə Quranın haram  saydığı spirtli içki olan şampanla dolu olan qədəhlər təslim olunur, digər tərəfdən elə ordaca onları  Quran altından keçirdib dinimizə uyğun kəbin kağazı da təqdim edilir. Heyratamiz və acı bir mənzərə  deyilmi?! Amma bir şeyi diqqətinizə yetirim ki, toyda pul yığmaq elə özümüz sayaqdır. Onu heç cürə  dəyişmirik. Çünki bu bizim cibimizin xeyrinədir.
Təhsilimiz qənaətbəxş deyildir. Savadsız, kitabdan, mütaliədən uzaq düşən, yazı-pozu bilməyən  təbəqə yaranmağa başlayır. Və bu gənclərin sayı minlərlədir. Hamının söyüb təhqir etdiyi Sovet  hökumətinin bir işi var idi ki, elmə, təhsilə fikir verirdi. Alimin də, çobanın da, fəhlənin də, bir sözlə  bütün zümrələrdən olan insanların uşaqları təhsil görürdü. Məktəbi atmaq, oxumamaq demək olar ki,  yox idi. Bu gün isə avtobuslarda, metroda, küçələrdə məktəb yaşlı uşaqların alış-verişlə, yəni alverlə, yaşına uyğun olmayan işlərlə məşğul olduğunun şahidi olursan. Gələcəyimiz olan, canı bərkiməmiş  balaların bəs sabahı necə olacaq? Məktəb ola-ola repetitor təhsili ilə ali məktəblərə üz tutan imkanlı  uşaqlar kimi deyil axı, bu gələcək vətəndaşlarımızın taleyi! Bir çox ali təhsil alanlarımızın isə bilik  səviyyəsi yox dərəcəsindədir. Rüşvət verməklə \ali təhsil alan, rüşvət verməklə elmi iş yazdırıb alim  olanlarımızın sayı yağışdan sonra çıxan göbələklərə bənzəyir. Sonra bu alimciyəzlər ali məktəb otaqlarında binəva xalqın balalarına dırnaq arası elm öyrədirlər. İndi pullu adamların sevimli balaları ali  təhsil almaq üçün xarisi ölkələrə üz tutur. Niyə görə? Niyəsinin səbəbi yuxardakı yazdığlarımdır.Təəssüf  ki, bizdə xarici ölkələrdən fərqli olaraq təhsil ocaqlarında pul xərcliyirik ki, oxumayaq. İnternətdən başı  çıxan və yaxud ali məktəbdə oxuyan tələblərin bir qismi internet çatlarında saatlarla məktublaşmaqla  və parno-videolara baxmaqla məşğuldur. Kitabdan, tarixdən, mətbuatdan uzaq bu insanların gələcəkdə  necə mütəxəssis olması indidən göz qabağındadır. Bəlkə də biz dünyada internetdən bu cür istifadəyə  görə birinci yerlərdəyik. Bir ölkədə ki, müəllim müraciəti bütün zümrələrdən olan hər kəsə şamil edilirsə, onda bugünki məktəbimizin, mətbuatımızın, ədəbiyyatımızın, mənəviyyatımızın hali-vəziyyəti də bu  şəkildə olmalıdır. Mövzunun davamını növbəti yazımda sizinlə bölüşəcəm. Hələlik isə sağlıqla qalın.

Комментариев нет:

Отправить комментарий