Страницы

24.05.2012

Etirazımızı bildiririk

02 may 2012-ci il tarixdə İranın məxfi orqan əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları- iki gənc ziyalı Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) tutularaq bəlli olmayan yerə aparılması və talelərindən bu günə kimi heç bir xəbərin olmaması bizi də nigaran etmişdir. Gənc yazarların mədəni tədbirlərdə iştirakı və ya İran adlanan ölkəyə turistik səfərlərindən İran rejiminin narahat olmasi, “qonşu” dövlətin guya bu gənclərin harada və kim tərəfindən tutulub aparıldığından “bixəbər” olması onların Azərbaycana qarşı olması və antiazərbaycan siyasətinin bariz göstəricisidir. Biz belə münasibətə qarşı öz etirazımızı bildirir və İran adlanan ölkənin hakim qüvvələrindən tezliklə gənc ziyalılıarın azadlığa buraxilmasın tələb edirik. Azərbaycan Respublikasının qonşu ölkələrlə olan səmimi və qarşılıqlı hörmət əsasında qurulmuş munasibətini görməyə çağırırıq.

AYB-nin Cüney Azərbaycan şöbəsi
Sayman Aruz

Комментариев нет:

Отправить комментарий