«Maraqlı insanlar – onları
siz də tanıyın» bölməsinin bu dəfəki qonağı dünyada öz populyarlığı ilə
liderlik edən sosial şəbəkə – facebookda ən böyük səhifəyə sahib olan və bu
səhifədə vətənpərvərliyi aktiv şəkildə təbliğ edən 23 yaşlı bir gəncdir – Emil Məmmədsoy… Bu imza o qədər tanınmasa da, 156 min üzvü olan «Azerbaijan-Azerbaycan» səhifəsi bu sosial şəbəkədə çoxlarına məlumdur.
O, həmişə kimliyini gizlədir, çünki əsas məqsəd-məramı sadəcə gənclərə vətənpərvərlik
hisslərini aşılamaq, toprağının hər qarışı haqqında məlumat vermək, önəmli
məsələləri müzakirəyə çıxartmaq, gündəmdə olan hadisələrə diqqətləri yönəltmək,
milli qəhramanlarımız, Azərbaycanın ictimai-siyasi həyatında böyük rol oynayan
dahilərimiz haqqında tez-tez informasiyalar verməklə onların həyatlarından
gənclərin örnək götürməsinə çalışmaqdır. Bununla kifəyətlənməyən Emil, həmçinin
«Azərbaycanda azərbaycanca danışaq» şüarı altında dilimizin təbliğinə də ayrıca
yer ayırır, öz aralarında başqa dildə danışan həmvətənlərimizi ciddi şəkildə
qınayır, tənqid edir.
Hər
birimiz vətənimizi, torpağımızı sevirik. Amma, Emil Məmmədsoyun bu bölməyə
qonaq olmasının səbəbi onun bizlərdən fərqli olaraq, bu hissi təkcə içində
yaşatmaqla kifayətlənməyib, həm də geniş şəkildə təbliği ilə məşğul olmasıdır. Təəssüf
ki, dildə «vətən-vətən» deyən çoxlarının başı öz şəxsi işlərinə, əyləncəyə
qarışıb və hər kəs də gündəlik vaxtını-zamanını ayırıb təmannasız ciddi şəkildə
bu işi görməkdə həvəsli deyil. Emil Məmmədsoyun da yüzminlərlə gəncdən məhz
fərqi də budur!
O,
Göyçayda doğulub. Ailədə iki qardaşdılar…
İndisə,
keçək müsahibəyə və bu vətənpərvər gənci daha yaxından tanıyaq:
-Emil Məmmədsoy kimdir? Özünüzü necə təqdim
edərdiniz?
Adətən bu sual soruşulanda
necə cavab verəcəyimə çətinlik çəkmişəm. Həmişə kiməm sualını özümə soruşduqda
əslində heç kim olduğumu dərk etmişəm. Özümü təqdim etməyə gəlincə isə
təxəllüsümlə təqdim edərdim – Emil Məmmədsoy.
-«Maraqlı insanlar»
bölməsinə qonaq olmanızın səbəbi müsahibənin girişində qeyd olunub. Facebook
kimi böyük sosial şəbəkədə gənclərə vətənpərvərliyi aşılamaq… Bu fikir ilk dəfə
hardan ağlınıza gəldi?
Bu fikir təsadüfən
yaranmayıb. Hələ orta məktəbdə oxuyarkən sinifdə “lövhəmiz” var idi və orada
vətənpərvərlik ruhunda məqalələr yazırdım. Mən türk liseyində təhsil aldığım
üçün bir az da liseydəki türk müəllimlərimizin Vətən sevgisini qısqanırdım və
həmişə onlara əslində Azərbaycanlıların onlardan daha çox vətənpərvər
olduqlarını göstərmək istəyirdim. Bəlkə də elə deyildi, ancaq buna qismən mən
və mənim kimi düşünən yoldaşlarımla bərabər nail olmuşduq. Daha sonra isə
sosial şəbəkələr yarandı və bizim də daha geniş auditoriyaya xitab edə bilmə
şansımız yarandı. Facebook sosial şəbəkəsində Azərbaycanı, Azərbaycançılığı,
milli-mədəni irsimizi, dilimizi, adət və ənənələrimizi, ordumuzu təbliğ və
tərənnüm edəcəyimiz bir çox səhifələr qurduq və heç bir maddi maraq güdmədən
onları aktiv şəkildə idarə edirik.
- Vətənini sevən bir gənc
kimi vətənə xidmət olaraq başqa hansı işləri görürsünüz, yaxud görməyi
arzulayırsınız?
Mən Vətənə xidmət etmək
ifadəsinə bir çox şeyi sığdırardım. Vətəni düşünmək də Vətənə xidmət etməkdir,
dövlət məmurunun şərəf və vicdanı ilə işləməsi də Vətənə xidmətdir, tələbənin
yaxşı oxuması da… Mənə gəlincə hal-hazırda virtual olaraq təbliğat işləri ilə
məşğul olsam da gələcək üçün başqa planlarım da var. İnşallah onları həyata
keçirdərkən sizlərdən də yardım istəyəcəyik…
- Facebookda insanları səhifələrə üzv etmək çox
çətindir. 156 min insanı bir səhifə ətrafına toplamağı necə bacardınız?
Biz səhifələrimizə üzvləri
əsasən paylaşmalarımızın keyfiyyətinə görə toplaya bilmişik. Heç bir siyasi
təsirə düşmədən hər bir Azərbaycanlıya xitab etməyi bacarmışıq. Bu da
qulaqdan-qulağa gəzərək bizim ən böyük reklamımız olub. Həmçinin xüsusilə qeyd
edim ki, bu günə kimi heç bir ödənişli reklamdan istifadə edərək səhifəmizi
reklam etməmişik.
- İnsanların həyata baxışı müxtəlifdir. Bir mövzunu müzakirəyə qoyanda müəyyən hissə razılaşırsa, müəyyən tərəflər də əleyhiyə yazır, sizi tənqil edir. Bəs, bu cür vəziyyətlə qarşınlaşanda nə edirsiz?
- İnsanların həyata baxışı müxtəlifdir. Bir mövzunu müzakirəyə qoyanda müəyyən hissə razılaşırsa, müəyyən tərəflər də əleyhiyə yazır, sizi tənqil edir. Bəs, bu cür vəziyyətlə qarşınlaşanda nə edirsiz?
Mən tənqid görəndə
sevinirəm, fərqli düşüncələrə həmişə açıq bir insan olmuşam. Gənclərimizin
əsaslı tənqid etməsi deməli nələrisə görə bilmələri deməkdir. Bundan necə
şikayətçi ola bilərəm ki? Ancaq bəzi hallarda məni yaxud başqa fərdi təhqir
edirlər, bunu da normal qəbul edə bilmərəm əlbəttə ki… Lazımi tədbiri görürəm o
vaxt.
- «Azərbaycanda
azərbaycanca danışaq» şüarı altında dilimizin gözəlliklərindən bəhs edən bir
səhifə yaratdığınzına görə demək doğma dilimizə laqeyd münasibət sizi də
narahat edir. Bəs, siz özünüz dilimizə sadiq qalmısınız? İllərdir Türkiyədə
yaşamağınıza əsasən bu sualı verirəm. Çünki Türkiyədə yaşayan həmvətənlərimizin
əksəriyyəti o ləhcədə danışır.
Bizim xalq olaraq həmişə
özgə dillərə marağımız olub. Dil öyrənmə qabiliyyətimiz Allah vergisidir məncə.
Nə qədər çox dil bilirsənsə bir o qədər dünyagörüşün çoxdur deməkdir. Ancaq öz
ölkəndə öz həmyerlinlə başqa dildə danışırsansa o sənin dünya görüşündən xəbər
verməz. Ana dildə danışmaq, danışa bilmək bir mədəniyyətdir. Bu gün təəssüf ki,
bir çoxlarımız öz aralarında rus dilində ünsiyyət qurmağa üstünlük verirlər. Bunu
bəziləri təbii qəbul edir və səbəb kimi rus bölmələrində təhsil almağı
göstərir. Ancaq mən onlara Cənubi Azərbaycanlı soydaşlarımızı nümunə
göstərərdim. Azərbaycan dilində heç bir təhsil almadıqları halda iki cənublu
soydaşımız öz aralarında farsca danışmazlar. Türkiyə türkcəsinə gəlincə mən
bunu da qəbul etmirəm. Azərbaycan dili bütün fikirləri ifadə edə biləcək
qabiliyyətdədir və bəzən soruşanda ki sən bu sözü niyə Türkiyə türkcəsində işlətdin,
cavab verir ki, Azərbaycan dilində onun qarşılığı yoxdur. Əslində buna səbəb
həmin insanın ana dilimizdə az ədəbiyyat oxumasındandır. Azərbaycan dilində
bilmədiyi sözü Türkiyə türkcəsində bilməsinin səbəbi isə Türkiyə kanallarına
baxmağına görədir.
- «Azerbaijan-Azerbaycan» səhifəsində hansı yeniliklər gözlənilir? Bir də bu aktiv səhifənin hər hansı dövlət orqanı ilə əməkdaşlığı haqqında düşünürsüz?
- «Azerbaijan-Azerbaycan» səhifəsində hansı yeniliklər gözlənilir? Bir də bu aktiv səhifənin hər hansı dövlət orqanı ilə əməkdaşlığı haqqında düşünürsüz?
«Azərbaycan» səhifəsində
çox yeniliklər olacaq. İlk öncə milli portal yaratmağı düşünürük. Azərbaycan
virtual dünyada çox geri qalıb, buna da səbəb insanlarımızın hər şeyi dövlətdən
gözləməsidir. Təbliğatı dövlət yox vətəndaşlar edər. Dövlət sadəcə köməklik
göstərər.
Səhifəmizin hər hansı bir dövlət orqanı ilə əməkdaşlığına gəlincə biz buna heç vaxt razılıq verməmişik. Bu barədə biz təklif olub, ancaq biz müstəqil şəkildə işləməyə üstünlük verdiyimizi qeyd etmişik.
Səhifəmizin hər hansı bir dövlət orqanı ilə əməkdaşlığına gəlincə biz buna heç vaxt razılıq verməmişik. Bu barədə biz təklif olub, ancaq biz müstəqil şəkildə işləməyə üstünlük verdiyimizi qeyd etmişik.
- İstərdim bir az da
şəxsiyyət olaraq sizi yaxından tanıyaq. Hərdən maraqlı sevgi statusları
paylaşırsınız. Sevgi sizin üçün nədir?
Məncə sevgi ülvi hissdir.
Sevməyi bacaran və onu yaşayan sevginin anlamını bilər.
- Xəyalınızda yaratdığınız
ideal qadın obrazı?
Məncə sevdiyin qadın
idealdır. Onu Allah yaradıb, sən xəyalında yaratsan nə çıxar?
- Həyat deviziniz nədir?
- Həyat deviziniz nədir?
“Teymur Topal idi, ancaq
axmaq deyildi…”
- Bildiyimə görə, brend
saat həvəskarısınız. Hətta statusların birində qeyd etmişdiniz ki,
onlara verdiyiniz pula villa almaq olardı. Bu həvəs sizdə hardan yaranıb və o
saatlardan istifadə edirsiniz? Yoxsa sadəcə kolleksiya kimi yığırsınız?
Saat və qol düymələrinə çox
həvəsim var. Bu həvəs universitet illərimdə yaranıb. Dəyəri bir neçə min dollar
olan bir çox saatım var və o saatları istifadə etmək üçün almışam. Mən baxıb
zövq alanlardan deyiləm… Əlbəttə hamısından istifadə edirəm.
- Başqa hansı xobbiniz var?
İnternetdə araşdırma etməyi
və PlayStationda futbol oynamağı xoşlayıram.
- Həm də geyimizinə çox önəm verirsiz. Klassik yoxsa
idman üslubuna üstünlük verirsiz? «Kişi bəzənməməlidir» fikrinə münasibətiniz?
Geyimimə
çox önəm verirəm, həmişə şux görünməyə çalışıram. Klassik yoxsa idman üslubu
deyə bir seçimim yoxdur. Yerinə görə hər ikisindən də istifadə edirəm. Kişi də
özünüə fikir verməlidir…
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
Boş
vaxtım çox olmadığı üçün bu sual bir az mənə aid olmadı. Vaxt tapan kimi
Facebookdakı səhifələrdə nəsə paylaşıram. Birdə bowling oynayıram.
- Sizə görə varlı olmağın sirri? Pul sizin üçün nədir?
-
Mən varlı deyiləm ki sirrini də biləm. Bu sualı varlılara yönləndirmək
lazımdır. Pul mənim üçün çox şeydir, ancaq hər şey deyil. Məsələn heç vaxt pula
görə əqidəmi satmaram. Bu da yəqinki pulun mənə görə dəyərinin nə olduğunu
açıqladı.
- Qızıl balıq sizdən 3 arzunu reallaşdırmaq istəsə,
nələri seçərdiniz?
Bu suala cavab vermək
çətindir. Ola bilər ya arzum yoxdur, ya da çoxdur…
- Şəxsi həyatınızda ictimai
rəyə, cəmiyyətin qınağına önəm verirsiz?
- Önəm verirəm. “Palaza
bürün, elnən sürün” sözündən nə qədər nifrət etsəmdə el qınağından həmişə
çəkinmişəm.
- Ən çox hansı mövzuda
kitabları oxuyursunuz? Ən sevimli əsər və yazıçınız?
Oxumaq üçün kitab seçərkən
mövzusuna çox fikir vermirəm. Ancaq tarixi əsərlər oxumağı daha çox sevirəm. Ən
sevimli əsərim isə Dostoyevskinin “Cinayət və Cəza” əsəridir.
- Hansı səhvi heç vaxt
bağışlamaq olmaz?
Bağışlanmayacaq səhv yoxdur
mənə görə. Çətin və gec bağışlanacaq səhvlər vardır.
- Bilsəniz ki, 3 gün sonra
öləcəksiniz, nə edərdiniz?
Mən Allaha inanan biriyəm.
Qəza namazları qılardım.
-Sizcə ailədə niyə kişi
qadından üstün sayılmalıdır? Niyə qadınlar bu asıllıqdan xilas ola bilmirlər?
Mən bu fikirlə razı deyiləm. Məncə
ailə tam şərik qurulmuş bir yuvadır. Bir şərik digərindən özünü üstün qılarsa o
yuva həmişə yan yatar. Qadınlarımızın asılılıq məsələsinə gəlincə isə
qadınlarımız özlərini asılı gördükləri üçün bu gün siz bu sualı məndən
soruşursunuz.
- Qadın haqlarını tanıyan,
zərif cinsə zorakılığa qarşı çıxan bir bəysiniz. 21-ci əsrdə yaşayırıq, amma
hələ də “Yaxşı at özünə qamçı vurdurmaz” məsəlini çox gənclərimizin
utanmaz-utanmaz dilinə gətirir. Sizcə, bunun səbəbi nədir?
Bunun səbəbi mentalitet və
ailədə gördükləridir. Bunun əsrə, ilə dəxli yoxdur, beyinə, formalaşmağa dəxli
var. Qadına əl qaldıran kişi güclü yox zəifdir, çox zəifdir… “Yaxşı at özünə
qamçı vurdurmaz” sözünü qadınların şiddətə məruz qalması ilə əlaqələndirən
zehniyyət cahillik bataqlığındadır. Öz ana və bacısını, ailə qadınlarını bir
heyvan ilə müqayisə edənlərə deyiləcək söz tapa bilmirəm.
gunxeber.com
Комментариев нет:
Отправить комментарий