Страницы

21.05.2012

Fransanın Əlcəzair və Ruandadakı soyqırımları

Qondarma "erməni soyqırımı" məsələsi Fransa parlamentinə yol tapanda türklər Fransanın Əlcəzair və Ruandada törətdiyi vəhşilikləri qabartmağa başladılar. Bu baxımdan, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ittihamları və mesajları xüsusi önəm kəsb etdi. Fransa hakimiyyətinin vaxtilə Əlcəzair və Ruandada həyata keçirdiyi siyasəti "soyqırım" kimi rəsmiləşdirməyə çağıran Ərdoğan "soyqırım görmək istəyənlər dönüb öz çirkli, qanlı tarixlərinə baxsınlar... Əgər Fransa Senatı tarixlə maraqlanmaq istəyirsə, Ruanda və Əlcəzairdə yaşananlara açıqlıq gətirsin..." deyə bildirdi. 

Ermənilərin heç bir fakta, tarixi qaynaqlara əsaslanmadan hər il dünyaya car çəkərək türklərin ayağına yazmağa çalışdıqları misilsiz vəhşiliklər Ruanda və Əlcəzairdə,  təkcə yerlilərin deyil, eləcə də xaricilərin gözü önündə törədilmişdi. Bəs görəsən, sözügedən ölkələrdə konkret olaraq nələr baş vermişdi?

Əlcəzair

Fransa 1830-cu ildə ölkənin yerləşdiyi ərazini işğal etmişdi. 1962-ci ildə müstəqilliyini əldə edənə qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün assimilyasiyaya məruz qoydu. Məqsəd məhz fransız Əlcəzairi yaratmaq idi. Bunun üçün 19-cu əsrin sonlarında bir milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Gəlmələrə böyük imtiyazlar və imkanlar verildi. Dolayısıyla başlanılan kampaniya stimul da almış oldu. Təbii ki, fransızların bölgəyə köçü əlcəzairlilərin işsizlik problemlərini daha da artırdı. Bu vəziyyət isə sanki bumeranq effekti yaradaraq Əlcəzairdən Fransaya axına da gətirdi.
I Dünya Müharibəsindən sonra Əlcəzairdə fransız işğalına qarşı milli mücadilə  formalaşdı. Bu mübarizənin öndəri Şeyx Abdullah Mən Badis idi. Şeyx Abdullahın "İslam mənim dinim, ərəb dili dilim, Əlcəzair vətənimdir" sözləri başlanan mübarizənin şüarına çevrildi. Gözlənildiyi kimi, şeyxə qarşı Fransanın reaksiyası sərt oldu və o, həbs edildi. Beləcə istiqlal savaşının yatırılmasına cəhd göstərildi. Repressiyaların ardından II Dünya Müharibəsinin başlaması da mövcud istiqamətdəki fəaliyyətə təsirsiz ötüşmədi. Həmin dövrdə Fransa əlcəzairlilərin tərəfdaşlığı qarşılığında onlara azadlıq vədi verdi.
Lakin cahan savaşı sona çatdıqlan sonra Paris dairələri vədlərinə xilaf çıxdılar. Əlcəzairlilər həm qələbəni qeyd etmək, həm də azadlıqlarına qovuşmaq üçün bayraqlarla Setif şəhərində böyük nümayişə çıxdilar. Fransanın bu nümayişə reaksiyası Əlcəzair xalqına insanlıq tarixinin ən faciəvi günlərindən birini yaşatdı. Fransız ordusu havadan və qurudan bölgəyə hücum çəkdi. Bir neçə gün çəkən hərbi aksiyada 45 min adam həyatını itirdi. Qırğınlar fonunda Əlcəzairdə yaranmış Qurtuluş Təşkilatı mübarizə səhnəsinə çıxdı. Beləcə ölkədə 1954-cü il oktyabrın 31-də yadelli təcavüzə qarşı böyük qiyam başlandı.
Fransa qiyama həbslər və hərbi güclə cavab verdi, ölkəyə 500 min əsgər  göndərdi. Yerliləri qorxutmaq məqsədilə ələ keçirilən müqavimətçilərə ağır işgəncələr tətbiq olundu. Minlərlə insan mühakiməsiz edam edildi. Fransızlar bölgədə qala bilmək üçün işgəncə və qırğınları davam etdirdilər. Ancaq bütün bunlar  xalqın əzmini sarsıtmadı, əksinə mücadilə gücləndi. Üstəlik ölkədən kənarda Əlcəzair Respublikasının müvəqqəti hökuməti quruldu. Bütün bu hadisələr isə Fransada siyasi böhrana gətirdi. Əlcəzairlilərin müqaviməti qarşısında davam gətirməyən Fransa xalqın müstəqillik yolundan çəkilərək referendum keçirilməsinə razılıq verdi. Beləliklə Fransa müstəmləkə bildiyi məmləkətə azadlıq vermək məcburiyyətində qaldı. Səkkiz ilin istiqlal savaşı başa 1 milyon əlcəzairlinin həyatı bahasına gəldi.

Ruanda

Afrikanın mərkəzində yerləşən bu ölkə I Dünya müharibəsindən sonra Belçikanın payına, daha doğrusu mandatına düşürdü.  Ərazi təbii qaynaqlar baxımından heç də zəngin yer deyildi. Qəhvə istehsalından başqa əhəmiyyətli istehsal sahəsi yox idi. Ruanda xalqının 90 faizi hutu, 9 faizi tutsi, 1 faizi  piqmey qəbiləsinə məxsusdur.
Böyük intervensiyalara qədər bu qəbilələr əsrlərdir, birlikdə yaşayırdılar. Aralarında ciddi sayılacaq ədavətlər də olmurdu. Lakin Belçika Ruandanı asanlıqla idarə etmək üçün iki qəbilə arasında süni ayrı-seçkilikçilik yaratdı. Azlıqda olan tutsiləri ölkədə yüksək mövqeyə gətirərək hutularda nifrət hissini oyatdı. Belçikanın müstəmləkə rəhbərliyi tutsilərin hutulara nisbətən üstün olduqlarını, hutuların aşağı irqə məxsusluqlarını təlqin etdi və onları təhsildən uzaqlaşdırmağa çalışdı. Nəticə etibarilə iki xalqı bir-birinə düşmən salmaq siyasəti gözlənilən "nəticəni" verdi.
II Dünya Müharibəsindən sonra Ruanda müstəmləkəçilik dövrü sona çatdi. 1962-ci ildə ölkənin müstəqilliyi elan olundu. Keçirilən seçkiləri hutular qazandı. Bu isə yaxınlaşan təhlükənin ayaq səsi idi. Hutu hökuməti tutsiləri sürgünə məcbur etdi. Tutsilərin yarıdan çoxu qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı. Həmin vaxt Çinə yüz minlərlə kiçik baltalar sifariş verildi. Balta çatmayanda isə iti uclu dəyənəklər hazırlandı. Hər şey qırğına hazırlıq üçün nəzərdə tutulmuşdu. Fanatik hutulara hücum bəhanəsini 6 aprel 1994-cü ildə hutu əslli Ruanda dövlət başçısının təyyarəsinin vurulması verdi. Bundan sonra ölkədə sözün həqiqi mənasında tutsi ovuna başlandı. Bir neçə ay içində 600 min insan qətlə yetirildi. Qırğının miqyasının böyüdüyünü görən qonşu ölkələrdə təşkilatlanmış tutsilər də hərəkətə keçdilər və paytaxta qədər irəlilədilər. Maraqlı eyni zamanda acınacaqlıdır ki, həmin vaxtadək baş vermiş vəhşiliklərə reaksiya verməyən Fransa hutu hökumətinə hərbi dəstək göstərməyə qalxdı. Bu dəstəyin nəticəsi idi ki, müştərək qırğına məruz qalmış tutsi və hutulardan ümumilikdə 800 minə qədəri öldürüldü. Yekunda təməli Belçikanın ayrı-seçkilik siyasəti ilə qoyulan faciə Fransanın yaxından dəstəyi ilə SOYQIRIM miqyasını aldı.

oxucu.info

Комментариев нет:

Отправить комментарий