Страницы

28.05.2012

"Geyləri döyün" məqaləsinə görə ilahiyyatçını həbs etdilər

Fəlsəfə doktoru, ilahiyyatçı Füzulİ Şəfiyevə 10 sutka həbs cəzası verilib


İlahiyyatçı, fəlsəfə doktoru Füzuli Şəfiyev Sumqayıt polisi tərəfindən saxlanılıb. Sumqayıt şəhər məhkəməsi Füzuli Şəfiyev barəsində 10 sutkalıq həbs qərarı verib. Bu barədə qəzetimizə birlik.az saytının redaktoru Vüsal Hətəmov məlumat verib. Onun sözlərinə görə, həbsi ilə bağlı məlumatı F.Şəfiyev özü ona bildirib: “Bir qədər əvvəl özü zəng edib dedi ki, 12-ci mikrorayonda yerləşən evində axtarış aparılıb. Ona məxsus kompüter isə polis tərəfindən götürülüb. Özünə isə 10 sutka həbs cəzası verilib. Onun sözlərinə görə, həbsi bu gün birlik.az saytında yerləşdirilən “İbn Sina “geyləri döyün” deyir” adlı məqaləsi olub”.                                                                                                                        
Vüsal Hətəmov deyib ki, Füzuli Şəfiyev İbn Sina və Nəsrəddin Tusi irsini araşdırıb. Bu gün isə onun ibn Sinanın Qanun (tibbin qanunları) kitabından qeyri-ənənəvi cinsi orientasiyalı şəxslərlə bağlı bölməni tərcümə edərək məqalə halına salıb. Bu gün birlik.az saytında F.Şəfiyevin təqdimatında verilən yazıda ortra əsrlərin dahi təbib və filosofunun “mavilər” və onların müalicəsi ilə bağlı fikirləri, araşdırmaları yer alıb. İbn Sinanın bu qrupların müalicəsi üçün verdiyi tövsiyələrdən biri də onların döyülməsidir. Sitat: “Onların özünü illuziyadan ayırıb real həyata qaytarmaq üçün İbn Sina deyir, onları döyün ki, ayılsınlar. İbn Sina “Şəfa” kitabının ilahiyyat bölümündə onlar barədə deyir: “Əgər onlar paradoksal olandan imtina üsullarını qəbul etməsələr, inad göstərsələr, onlara təklif edin, alovlanan tonqala girsinlər. Çünki onlara görə od və qeyri- odun heç bir fərqi yoxdur, onları döysünlər, çünki ağrı və qeyri- ağrının heç bir fərqi yoxdur, onları yeməkdən, içməkdən məhrum eləsinlər, çünki onlar üçün fərqi yoxdur”.                                                                                                                                                                                         Son məlumata görə, F.Şəfiyevə polisə müqavimət ittihamı ilə həbs ediblər.


http://haqqxeber.com/

Комментариев нет:

Отправить комментарий