Страницы

25.05.2012

İsrail rejimi taliblərin yəhudi olduğunu iddia edir

Talibanın etnik kökü olan peştunlar sən demə yəhudilərin itkin düşmüş 10 qəbiləsindən biri imiş. Ən azından İsrail rejiminin "hökuməti" bunu sübut etməyə çalışır.(dunyabulteni) İsrail rejiminin xarici işlər nazirliyi Taliban üzvlərinin böyük əksəriyyətinin etnik kökü olan peştunların yəhudilərlə atalarının eyni olduğunu isbat etməyə çalışır. Nazirlik sübut etməyə çalışır ki, peştunlar Tövrat və İncil kitablarında qeyd olunan yəhudilərin Əfraim qolundandır. Hətta sionistlərin iddiasına görə 1973-cü ilə qədər Əfqanıstanda mövcud olan kral Zahir Şah ailəsinin üzvləri Bünyamin (ə) peyğəmbərin soyundandır.


/Deyerler.org/

Комментариев нет:

Отправить комментарий