Страницы

31.05.2012

Məktəb illəri

Ziba Xəlil
           
Köhnə dostlarımı  xatırlamıram.
Bəlkə də heç dostum olmayıb mənim.
Hər  kəs  tanış idi, salam və sağ ol.
Niyə mənasızdı  idi  heç anlamıram.
Heç kimi sevmirdim , yoxdu sevənim.
Məktəb illərindən  gozəl bir şey yox.
Hərdən yada salıb xatırlayası.
Məzəli, qəribə, olay  hadisə.
Ya  tarixə düşən eşq hekayəsi.
Nədəndi  bilmirəm, müəllimlərim.
Özlərini  bizə sevdirmədilər.

Fənni  sevdirəcək, maraq verici
Bizi etkiləyən dərs demədilər.
Sinif  yoldaşlarım özündən razı.
Bir az dəliydilər, bir az da lovğa.
Bir-birlərini heç  sevməzdilər.
Dərs  başlayan ki, başlardı dava.
Özündən kasıbı heç saymazdılar.
Bir az çılğındılar, bir az da yava.
Hamı kövrəkliklə xatırlayanda
Əvəzsiz, qayıtmaz məktəb illərin.
Mən dəyərli  heç nə xatırlamıram.
Təkcə yada düşür, Zoya müəllimin.
Həzincə dediyi  rus şeirləri.
Я помню чудное мгновение.
Передо мной явилас  ты...”
Köklənərdik o an şeirlər üstə.
Puşkin, Lermantov da  bizə yaxındı.

“ A məktəb illəri, məktəb illəri.”
Bəs niyə yadıma düşmürsünüz siz?!
Ədəbiyyatı  belə məktəbdə deyil.
Evdə sevdirmişdi mənə bacım Gül.
Dost adlı biriləri son zəng çalınca,
Ərə yollandılar ünsiyyət bitdi.
Bilmirəm məktəbdi, yoxsa oyuncaq.
Sındı, əlimizdə qaldı tikəsi.
Sanki  külək idi, on il boyunca.
Əsdi, coşdu, uçdu, sovruldu getdi.
Hərdən istəyirəm salam yadıma.
Mən də başqaları kimi kövrələm, dolam.
Xatirə danışam uşaqlarıma.
Məktəb nə olduğun mən başa salam.
Bəlkə də beynimə axtarış verim.
Öyrənim nə itib, nə qaldığını.
Nələrin öldüyün, yoxa çıxdığın.
Nələrin, nələrin  yaşadığını.
Yaddaşdan silinən sinif qızların
Gizlicə dediyi  kiçik sirlərdi.
Yadımda qalansa bu günə kimi.
Yenə də, yenə də o şeirlərdi.
Məktəb dostlarımı xatırlamıram.
Bəlkə də heç dostum olmayb mənim.
Sinif  yoldaşlarım bəs necə oldu?!
A, məktəb illəri, məktəb illləri...

Комментариев нет:

Отправить комментарий