“Nutella”
şokoladları ilə bağlı daha yeni bir fakt ortaya çıxıb
Ölkəmizdə xarici şirkətlərin yerli bazarda kifayət qədər fəal olmasına baxmayaraq, bir sıra problemlər özünü göstərməkdə davam edir. AZXEBER.COM-un redaksiyasına şokalad bazarında kifayət qədər tanınmış markalardan olan İtaliyanın “Nutella” brendiylə bağlı şikayətlər daxil olub. Oxucuların ünvanladığı məktuba görə, şirkətin Azərbaycan bazarında satışa çıxarılan məhsulları bədnam qonşumuz Ermənistanda istehsal olunurmuş. Belə ki, məhsulun qabında erməni dilində bir sıra yazılar dərc edilib.
AZXEBER.COM portal məsələnin ictimaiyyət üçün əhəmiyyətli olmasını nəzərə alaraq məsələ ilə yaxından tanış olub. Müxbirlərimizin şəhərin bir neçə satış məntəqələrində keçirdikləri reydlərin nəticəsində məlum olub ki, şirkət Ermənistan üçün istehsal etdiyi məhsulların alıcılar tərəfindən bilinməməsi üçün bir neçə yapışdırıcıdan istifadə edib. Əməkdaşımızla söhbətlərində market işçiləri də faktı təsdiqləyiblər. Şirkətin nə üçün belə addım atması haqda isə ictimaiyyətə heç bir məlumat verilmir. Adının açıqlanmasını istəməyən market işçisinin portalımıza verdiyi məlumata görə, "Nutella"nın məhsullarından şikayət günü-gündən artır.
Hətta bəzi xarici dövlətlər bu məhsulun insan sağlamlığı üçün ziyanı barəsində xəbərlər yayıb. Türkiyənin “Milliyet” qəzetinin internet saytında yayımlanan ən son məlumata görə, ABŞ-ın Kaliforniya ştatında “Nutella” şokoladları ilə bağlı məhkəmə qərarı qəbul edilib. Ekspertlərin fikrincə yalnız 2 qaşıq “Nutella” şokaladlarında 200 qram kalori aşkarlanıb.
Ekspertlərin dediyinə görə, bu insan sağlamlığına ziyandır. Məhkəmə qərarına görə isə, şirkət insanları aldatdığı üçün hər satdığı məhsula görə 4 dollar ödəməyə məcbur edilib. Məhsuldan zəhərlənən 4 yaşlı qızcığazın ailəsinə isə, 5 milyon dollar təzminat ödəməyə məcbur edilib.
Şirkət 5 iyul tarixinə qədər zərərçəkənlərin təzminatının ödənilməsi üçün internet səhifəsində elan dərc etməlidir.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənməyə çalışsaq da heç bir nəticə əldə edə bilmədik. AZXEBER.COM portalı qarşı tərəfin də fikrini yayımlamağa hazırdır.

Комментариев нет:
Отправить комментарий