Rövşən Yerfi “TEZ-BAZAR”da
-Özünüzü 2 sözlə təqdim edin.
-Adicə
yazıçı.
-Sizi necə təqdim edəndə razı qalırsınız?
-Olduğum kimi.
-“Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Özünü təsdiqə çalışan...
-Dost..
-Qardaş əvəzi.
-İlk sevginiz?
-Uşaqlıq nağılı.
-Əsas ixtisasınız?
-Kitabxanaşünas-biblioqraf.
-İstifadə etdiyiniz nəqliyyat növü?
-Yeraltı “tramvay”...
- Oka.
-Sevdiyiniz brend?
-Hələ ki, seçməmişəm.
-Sevdiyiniz saç düzümü?
-Qısa.
-Sevdiyiniz rəng?
-Qara, ya da bönəvşəyi.
-Ən çox bəyəndiyiniz ölkə və şəhər?
-Təkcə Rusiyanı görmüşəm. Kaluqa.
-Sevdiyiniz yemək?
-Hər növ qızartma.
-Ən çox istifadə etdiyiniz söz?
-Olana şükür.
-Leksikologiyanıza yad olan söz?
- İşində ol...
-Sizi nə həyəcanlandıra
bilər?
-Uşaq ağlaması.
-Ən çox sevvdiyiniz kitab?
-“Dahi”, ”Amerika faciəsi”.
-Ən çox sevdiyniz yazar?
-Drayzer, Mopassan.
-Ən çox bəyəndiyiniz
ifaçı?
-Barış Manço, Flora
Kərimova.
-Ən çox bəyəndiyiniz musiqi janrı?
-Sakit və sözü olmayan musiqilər.
-Özünüzdə qeyri-adi istedad hiss edirsinizmi?
-Təəssüf ki, qazanclı işlərdə yox...
-Mənfi xüsusiyyətiniz?
-Tənbəllik.
-İdeal insan necə olmalıdır?
-Nəfsinə sahiblik etməyi bacarmalıdır.
-Özünüzü ideal insan hesab
edirsizmi?
-Bacarsaydım istərdim.
-Sizi özünüzdən nə çıxara
bilər?
-Qəlbə toxunan haqsızlıq.
-Həyat fəlsəfənizi ifadə edin.
-Mən ssenaridəki rolumu məsuliyyətlə oynamalıyam.
-Siz xoşbəxtsinizmi?
-Şükür, Allah malik olduqlarımı itirməkdən qorusun.
-Bədbəxtliyin xüsusi düsturu varmı?
-Sonu düşünülməyən hərislik.
-Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə
olur?
-Keçənə güzəşt edərlər.
-Ölüm niyə ölmür?
-Ölüm olmasa maddi dünyanın düzəni pozular...
-Dinlərə münasibətiniz?
-Fövqəlqüvvənin varlığına inanıram.
-Kimdən və nədən xilas olmaq istərdiniz?
-Qeyri-səmimi olan hər şeydən...
-Falçıya inanırsanmı?
-Bir o qədər yox.
-Daş olmaq yaxşıdır, yoxsa
daşlaşmaq?
-Heç birini istəməzdim.
-Sevinciniz nə qədərdir?
-Çalışıram ki, qədərini ötməsin.
-İnsanların hansı xüsusiyyətinə dəyər verirsiniz?
-Mənəvi səviyyəsinə görə.
-Bağlayıcılardan çoxmu istifadə edirsini?
-Yeri gələndə.
-Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
-Məqamına baxır.
-Gülməyi xoşlayırsız,
yoxsa güldürməyi?
-Heç birini.
-Mənə sualınız?
-“Tezbazar” olan iş, ucuz ətin şorbasına bənzəyər. Bu
qaçaqaçla nə əldə edəcəksiz?
Tural
Balabəyli
Комментариев нет:
Отправить комментарий