Страницы

27.06.2012

Anarın fanatı


Bax, bu şəkil mənim bəlkə də ən xoşbəxt, ən sevimli fotomdur. Tanıyanlar bilir ki, uşaq yaşlarından Anarın fanatıyam, onun əsərləri ilə ədəbiyyatı sevmişəm. Bu günə qədər müxtəlif məkanlarında Anarı görsəm də, heç vaxt yaxınlaşmağa, söz deməyə cəsarət etməmişəm. Ümumiyyətlə, düşünmüşəm ki, onun kimi şəxsiyyətlər məhz bu cür - əlçatmaq olmalıdırlar. Bu gün nəhayət, ürəklənib ondan birgə şəkil çəkməyimizi xahiş etdim. Sağ olsun, etiraz etmədi. Anar kimi böyük insan, sevimli yazıçı ilə bir məkanı paylaşdığım üçün xoşbəxtəm. Uşaqlıq arzularımdan çox önəmlisi gerçəkləşdi. İndi xoşbəxt ölə bilərəm. Yooooox, hələ ondan avtoqraf almaq qalıb. Heyf ki, "Ali və Nino"da kitabı qalmamışdı, yoxsa elə orada alardım. Qarafikirli dostların nəzərinə: AYB-nin üzvü deyiləm. Başqa sözlə, kimsəyə yaltaqlanmağa ehtiyacım yoxdur. Dostlar isə onsuz da Anar sevgimdən xəbərdardırlar.

Shabnam Kheyrulla

Комментариев нет:

Отправить комментарий