Страницы

02.06.2012

«Ədəbi Azadlıq -2012» Milli Müsabiqəsinin qalibləri elan edildi

Gənc şair Elmar Şahmar, Təbrizdə yaşayan yazar Rüqəyyə Kəbiri, romançılar Nərmin Kamal və Məqsəd Nur Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az saytında keçirilən “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin qalibləridir.
İyunun 1-də Azad Fikir Universitetində keçirilən mükafatlandırma mərasimində müsabiqənin şeir, hekayə və roman nominasiyaları üzrə mükafatçıları bəlli oldu.

Şeir:

1-ci yer – Elmar Şahmar ("Sevgiyə elegiya", "Bağışla")
2-ci yer – Dilqəm Əhməd ("Kabuldan-Bakıya sevgi metamorfozu")
3-cü yerlər – Şəhriyar del Gerani ("Sonuncu sevgi")
və Balayar Sadiq ("Həsrətin rəngləri", "Unudulmuş sətirlər")

Hekayə:

1-ci yer – Rüqəyyə Kəbiri ("Mavayıl")
2-ci yer – Azər Həsənli ("Şrödingerin qara pişiyi")
3-cü yerlər – Anar Mahmudov ("Yutub") və Sevda Sultanova ("Tarkovski")


“Gənc romançı” mükafatı:

Qaliblər - Nərmin Kamal ("Aç, mənəm" romanı)
və Məqsəd Nur ("Şəhər meri" romanı)

Mükafatlandırma mərasimində “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin münsiflərindən Təşkilatçılar və qaliblər az, ya çox bal almış bütün müəlliflərin şeir və hekayələrinin toplandığı kitab da təqdim edilib.
Bundan başqa “Oxu zalı”nın seçimi seriyasında növbəti kitab – Cavidanın şeir və hekayələr kitabı (60 hekayə və 44 yazarın şeirlərindən ibarət)   da təqdim olunub. 
Mərasimdə müsabiqənin münsiflərinin kim olduğu da açıqlanıb.
Şeir nominasiyasında: tənqidçilər İradə Musayeva, Cavanşir Yusifli, şair, nasir Pərviz Cəbrayıl, 525-ci qəzetin baş redaktorunun mədəniyyət, ədəbiyyat üzrə müavini Seyfəddin Hüseynli.
Hekayə nominasiyasında 5 münsif olub: adıçəkilən şəxslər və tənqidçi Tehran Əlişanoğlu.
Roman nominasiyasında münsiflər: tənqidçilər İradə Musayeva, Elnarə Tofiqqızı, Cavanşir Yusifli, Tehran Əlişanoğlu və “Oxu zalı”nın redaktoru Rövşən Qəmbərov.
Bu ilki müsabiqə 2010 və 2011-ci illərdə “Ədəbi Azadlıq”ın münsiflərindən olmuş görkəmli yazıçı, mərhum Rafiq Tağının xatirəsinə həsr edilib.


http://www.azadliq.org/content/article/24600067.html








Комментариев нет:

Отправить комментарий