Страницы

23.06.2012

Dünyanın hökmü olsaydı məndə...

Səbuhi Abbasov


Dünyanın hökmü olsaydı məndə, qanqalı gül ilə əvəz edərdim,
Taleyi-ixtiyar olsaydı məndə, səni sənsizliklə əvəz edərdim.


Hər yağış damlası bir insan kimi, biri gülə düşər, biri batağa
Hər çaxan ildırım bir şimşək kimi, biri od söndürər, biri yandırar


Yolumun sonu görünmür əsla, sən məni deyil yolu qarşıla,
Buludlar görüşsə unutma əsla, sən yağış deyil seli qarşıla

Heç zaman yalanı önə çəkmədim, 40 günlük ömrün nə faydası var?
Heç zaman düzə sipər çəkmədim, baş ucalığın nə ziyanı var?


Həsrətdən şəfa tapa bilmədim, çarəsi gözündən axan damcı yaş
Özümü özümdən ala bilmədim, necə gəzdirsin bədən iki baş?


Sıxılır ürək dözmür nahaqqa, ədalət hər zaman zəfər çalacaq
Səbuhi çıxmaz doğru yolundan, bu yolla uğura imza atacaq.

Комментариев нет:

Отправить комментарий