Страницы

22.06.2012

Həbs olunan Hilal Məmmədovun qızı danışdı

haber“O, öz xalqına görə həbsə düşdü. Xalq, siz ona görə nəyə hazırsınız?”


Sizlərə görə Hilal Məmmədova özünü qurban verdi. Hamını ayaqa qalxmaqa xahiş edirəm”


“Qafqazinfo”nun məlumatına görə, bu sözləri bu gün səhər saatlarında həbs olunan Talış dilli “Tolishi Sado” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədovun qızı Facebook sosial şəbəkəsində etdiyi paylaşımda deyib.

Həbs olunan jurnalistin şəxsi səhifəsində yazan qızı atasının bütün dostlarını ona kömək etməyə çağırıb: “Talışlar üçün, Azərbaycan xalqının xətrinə, onun üzərinə narkotik atmaqla bu gün (dünən) həbs ediblər. Mənə onun qızı kimi çox pis təsir edir ki, öz xalqına görə, o həbsə düşdü. Xalq, siz ona görə nəyə hazırsınız?”
Hüquq müdafiəçisinin qızı Sevil Məmmədova yazdığı şərhlərdə qeyd edib ki, evlərinə 20-ə yaxın şəxs gəlib və evdə axtarış həyata keçiriblər. Axtarış zamanı onların evdə olub-olmaması ilə bağlı sualı cavablandıran S.Məmmədova bildirib ki, “Yox, bizi söyərək, itələyərək qapıdan çölə atdılar”.
Qeyd edək ki, Talış dilində çıxan “Tolishi Sado” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi, riyaziyyat alimi Hilal Məmmədov dünən narkotik saxlama ittihamı ilə həbs edilib.

Комментариев нет:

Отправить комментарий