Страницы

28.06.2012

İş elanları ilə bağlı daha bir yazı

Vasif Əlihüseyn

Sizi inandırım ki, interneti ələk-vələk eləmişəm işlə bağlı. Gənc yazar olmağıma baxmayaraq, çörəyimi bu sahədən yox,  restoran sahəsindən qazanıram. Yəni, hal-hazırda restoranda çalışıram.  Amma bu işdə də irəliləyiş olmadığından turizim sahəsində daha irəli getməyə çalışıram.
Amma bizim sahibkarların da işi dəhşətdi. Adamın qabağında o qədər şərt qoyurlar ki, adam bilmir nə desin. İşə götürdükləri adamın ən azından 1 və ya 3 il iş təcrübəsi olmalıdı.  Belə bir sual yaranır ki, -Bəs bu yeni kadrlar hara getməlidi?
 Amma bəzi sahibkarların iş elanları ilə, əməlləri heç də düz gəlmir. Bu yaxınlarda “Nurgün” şirkəti məni iş üçün öz ofisinə dəvət etdi. Bu istidə mən yazıq “Ulduz” metrosundan çıxıb “Çinar” soyuducu zavotu ilə üzbəüz ofisə getdim.

Orada təzədən anket doldurası oldum.  Sonra boşuna yol ölçdüyümü anladıqdan sonra geri qayıtdım.
Adama elə bu ağır gəlir də, ay sahibkar qardaş, sənə özz iş anketimi internet vasitəsi ilə yollamışam da, vakant yerin olan da çağırarsan. Bəs niyə məni bu istidə yola vurursan?
Elə keçən həftə yenə “Atəşgah Siğorta”-dan zəng vurdular ki, gəl biz də siğorta məsləhətçisi kimi çalış. İnternetdə yerləşdirdikləri elan da 300-400 əmək haqqı yazıblar.  İşlə əyani tanış olduqdan sonra aydın oldu ki, bu heç də belə deyil. Mən sadəcə faizlə işləməliyəm. Özüdə ki, 15 faiz.
Bilmirəm bunların boş-boşuna adamı yola vurmaqla məqsədi nədi?
Elə qoy cavabını da özüm verim.
Bunlar sadəcə elan vasitəsi ilə işsizləri ofisə dəvət edib başlarını doldururlar. Sonra da, sən də olursan onların əsiri. Yəni, onlar qazanır, sən işləyirsən. Mövzunu çox da uzatmaq niyyətində deyiləm. Qısa və konkret olaraq demək istədikərim bunlar idi.

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий