Страницы

28.06.2012

İsrail terrorçuları Azərbaycana niyə yerləşdirib?

Tehran rejimə müxalif "xalq mücahidləri"nin Daşkəsən və Mingəçevirdə yerləşdirildiyini iddia edir


Iranın “Mehrnews” saytı iyunun 27-də Azərbaycan Respublikası hökumətini Iran hakimiyyətinin ən güclü müxalifi sayılan Xalq Mücahidlər Təşkilatı qüvvələrini ölkə ərazisində yerləşdirməkdə günahlandırıb.
“Media forum” saytının məlumatına görə, xəbərdə deyilir ki, Iraqdan Azərbaycana köçürülən 800 nəfər mücahid hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib: “Münafiqlərin müəyyən bir çərçivə əsasında Iraqdan çıxarılmasına başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist recimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi”.

“Mehrnews” iddia edir ki, 2011-ci ildə Iraqdan çıxarılan Xalq Mücahidlər Təşkilatı üzvləri avtobuslarla Iraqın Kürdüstan muxtariyyəti, Türkiyə, Gürcüstandan keçməklə Azərbaycanın Gəncə şəhərinə gətiriliblər, daha sonra Daşkəsən və Mingəçevirdə yerləşdiriliblər: “Tel-Əvivin razılığı ilə münafiqlərin ali şurasının üzvü Sənabərq Zahidi 2012-ci il mayın sonunda Bakıya gələrək daha 2 min münafiqin burada yerləşdirilməsi üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparıb, razılıq əldə edib. Əldə olunmuş razılığa görə, bu iki şəhərdə yerləşdirilmiş münafiqlərə yüksək səviyyədə partizan savaşı, casusluq etmək, bomba qoymaq, kommunikasiya fəaliyyətləri və terrorçu əməliyyatlar keçirmək barədə təlimlər veriləcək ki, lazım olanda Iranın daxilinə göndərilsinlər”.
Xatırladaq ki, Xalq Mücahidlər Təşkilatı Iranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə Iran Islam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü edam edilib, on minlərlə üzvü isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən Iraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003-cü ildə Iraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərksilah edilərək “Əşrəf” qərargahında nəzarət altında saxlanılıb.

Комментариев нет:

Отправить комментарий