Страницы

01.06.2012

Mavi Mərmərə hadisəsinin ikinci ili tamam olur

Mavi Mərmərə hadisəsinin ikinci ili tamam olur
Mavi Mərmərə” gəmisinə qarşı Aralıq dənizinin neytral sularında sionist rejiminin törətdiyi vandalizm aktından 2 il ötür. 31 may 2010-cü il tarixdə sübh saat 00:04 radələrindən işğalçı rejimin xüsusi təyinatlıları Qəzzaya humanitar yardım aparan, içərisində dünyanın 50-dən çox ölkəsindən və bir çox digər dinlərin ardıcılları olan insan haqları könüllülərinə silahlı hücum edib, 9 könüllünü şəhid edib. Gəminin kapitanı, İHH başqanı Bülənd Yıldırım hadisənin ikinci ildönümü münasibətilə Deyerler.Org-a müsahibə verərək 2 ildə baş verənlərlə bağlı düşüncələrini bölüşüb.

- Bülənt bəy, “Mavi Mərmərə” hadisəsinin ikinci ili tamam olur. Bu müddət üçün nələr deyərdiniz?
- Əvvəlcə Azərbaycan xalqına çox təşəkkür edirəm, “Mavi Mərmərə” mövzusunda bizə çox böyük dəstək verdilər. Biz Azərbaycana gələrək “Mavi Mərmərə” tədbiri keçirdik. Bu tədbirə Azərbaycan mətbuatında çox geniş yer verildi. Küçəyə çıxdıqda Azərbaycan küçələrindəki insanlar belə artıq bizi tanıyırdı, “Mavi Mərmərə”yə görə təşəkkür edirdilər.
Çox təəssüf ki, “Mavi Mərmərə”yə sionist əsgərlər Aralıq dənizinin neytral sularında, açıq dənizdə hücum etdilər, qətliam törətdilər. Bütün dünya da bu sionistlərin nə törətdiyini çox yaxşı bilir. “Mavi Mərmərə”də müsəlman, xristian və yəhudilər vardı. Buna görə də gəmiyə hücum edərkən də sionistlər irqi ayrı-seçkilik qoymadan hər kəsi öldürməyə çalışdılar. “Mavi Mərmərə”yə enən əsgərlər içində 6 ölüm bölüyü vardı və onların hamısı ancaq baş nahiyəsinə güllə atdılar. 6 dostumuzu belə şəhid etdilər. Sonradan bunu zatən onlar öz internet saytlarında da açıqladılar ki, onlar öldürmək niyyətilə gəlmişdilər. Bununla bağlı təbii ki, məhkəmə prosesi davam etdi. Hazırda Türkiyə məhkəməsi bu haqda hökm çıxarıb, iddianaməni qəbul edib. Yalnız yüksək rütbəli 4 sionist generalı haqqında deyil, “Mavi Mərmərə” hücumunda iştirak edən bütün işğalçı əsgərlər haqqında olan bu iddianamə məhkəmə prosesində mühakimə olunacaq. Onların hamısı həbs qərarı ilə həbs olunmaları üçün İnterpol tərəfindən axtarılacaq.
Hazırda bu hadisənin ikinci ili tamam olur. Inşallah, Qəzzaya tətbiq olunan bu embarqo ləğv edilər, Fələstin də öz müstəqilliyinə qovuşar. Azərbaycan xalqını da bu mövzularda yanımızda gördüyümüz üçün çox xoşbəxtik. Azərbaycana dərin təşəkkürümüzü bildiririk.
- Türkiyə məhkəməsinin qəbul etdiyi “Mavi Mərmərə” iddianaması işğalçı İsrail rejimini kifayət qədər narahat edib, çox qızğındırlar. Nə düşünürsünüz, sionist və işğalçı rejim hansı əks addımlar ata bilər?
- Biz də çox qızğınıq. İsrail rejimi elə zənn edir ki, özü qızğın oldumu bütün dünya titrəyir. Biz də çox qızğınıq. “Mavi Mərmərə” Türkiyənin bir torpağıdır, Türkiyənin bir evidirsə, Türkiyə torpağına hücum etdilər. Eynilə Qarabağa hücum edən daşnaklar, dığalar kimi sionistlər də eyni hücumu həyata keçirdilər. Bizim gözümüzdə daşnakla sionst ikilisi eynidir, hər ikisi bizim gözümüzdə birdir. İkisi də İslam torpaqlarına hücum edib. Buna görə də biz də qızğınıq. Bunun üçün də onlar qızğınlıqlarını orda-burda ifadə edirlər. Nə edə bilərlər ki?! Zatən etdiklərini etdilər. Bu məhkəmə prosesi davam edəcək və bütün addımlar, baş verən hər bir şey bir-bir mühakimə olunacaq və hökmü veriləcək. Çox aydın və qəti deyirəm, İsrail rejiminə gedib işğalçı orduda əsgərlik edən Türkiyədəki Türkiyə vətəndaşı yəhudilər var, Azərbaycan vətəndaşı yəhudilər var, Kosova vətəndaşı yəhudilər var. Biz bu əsgəri xidmətin də qarşısının alınmasını istəyirik. Çünki İsrail rejimi körpələri, uşaqları qətlə yetirir. Ona görə də Azərbaycandakı, Türkiyədəki musəvi vətəndaşlarmızdan da İsrail rejimini qınamaların istəyirik. Yəni İsrail rejimi günahkardır, İsrail rejiminin yanında yer almayın. Bu adamlar insan öldürdülər, 9 nəfərimizi şəhid etdilər. Hələ də Fələstində insanları qətlə yetirirlər. Buna görə də onların qızğın olmaları bizi heç maraqlandırmır. Qızğın olan bizik. Hələ də körpə-uşaq öldürürlər. Həbsxanalarda qətliam törədirlər, işgəncələr verirlər.
- Müsahibəyə görə təşəkkür edirik. Mavi Mərmərə hücumunda "rolu" olan hər kəsin layiqli cəzalarına çatmalarını diləyirik.
Xatırladaq ki, “Mavi Mərmərə” gəmisi sözügedən tarixdə Fələstinə gəmilərlə səfər edən "Azadlıq Donannması"na daxil olan gəmilərdən biri olub. Səfərdən məqsəd Qəzzanı sionist blokadasından azad etmək olub. “Mavi Mərmərə” gəmisi Türkiyə bayrağı altında üzməklə bu ölkənin aparıcı insan haqları və humanitar yardım təşkilatlarından İHH-ya məxsusdur. Səfər boyu gəmiyə rəhbərliyi İHH başqanı Bülənd Yıldırım həyata keçirib. Gəmiyə sionist hücumu nəticəsində biri eyni zamanda Amerika vətəndaşı olmaqla 9 Türkiyə vətəndaşı şəhid olub.

Комментариев нет:

Отправить комментарий