Страницы

30.06.2012

Qoru görüm

Eynulla Müslüm

Kəs deyəndə kəsir səsin,
Tanıya bilmir yiyəsin.
Öz başını yeyən kəsin,
Baş daşını qoru görüm.

Yurdu boğan bürkü deyil,
Qovan qorxu-hürkü deyil.
Vətən ata kürkü deyil,
Qarışını qoru görüm.

Şər düşəndə dan yerinə,
Dayaz baş vurur dərinə.
Qəm dolanda gözlərinə,
Göz yaşını qoru görüm.

Şeytan çıxır gün batanda,
Ac arvad ərin atanda.
Qız uşağı naz satanda,
Göz qaşını qoru görüm.

Quba

Комментариев нет:

Отправить комментарий