Страницы

03.06.2012

Qırmızı bir almadırmı gözlərin?!



Yasaq bir meyvə!
Və sən;
Yam-yaşıl bir ağacsan mı
Ömrümün yayında
Dim-dik duran?!
və mən;
Bir düşünərmiyəm
Kölgəliklər sevən bir aydın
Oturub düşünmək üçün
Sakit bir məkan
Və şübhə iblisi hər an
Hər an...
Qaş-göz etməkdə!
Ayrıca xəyalın;
Almanın düşməsidirmi
Dikəy bir düşüş
Ansızın təpəmə
Beynimi yerindən laxladan!?
Və şu düşünər
Dünyanın dönməsini
bilir, bilməsinə də
(Həmişə
Başı döndüyündənmi!?)
Ancaq
Tanrının məhkəməsində
Bağıraraq soruşur:
(Nədən,
Niyə;
dünyanın beyləcəsinə
dönməsi gərəkir?!)
***
Bu məhkəmənin hökmü beylə
(Neyləyim
Anamdan doğulmalıyam,
Üstəlik mən
Zaman adlı ağacın
Şəhvətinin meyvəsiyəm!!!)
***
Görəsən doğulanda
Ağlamağım
Bir isyanıydımı?!!

Комментариев нет:

Отправить комментарий