Страницы

01.06.2012

Ramil Əhmədov. Sonuncu zəng

Bu da ki, sonuncu zəng,
Necə keçdi illər bilmədim.
Hər il
heç genişdə yox,
müxtəsər bir cümlə kimi gəldi mənə.
Bu da ki, sonuncu zəng,
Bu da ki, on birinci cümlənin
sonuncu nöqtəsi.
"Qurtardı məktəb" dedilər.
"Qurtardı" sözü feli xəbər yox,
qara xəbər kimi gəldi mənə.
"Uşaqlıq Günəşim" batdı,
Yoxa çıxdı buludların arasında.
Çaylar daşdı,
Dağlardan dəli bir sel gəlib,
özü ilə apardı o günləri.
Daha mənə "məktəbli oğlan",
sənə "məktəbli qız" deməyəcəklər.
Daha əvvəlki kimi
səhvlərimizin üstündən
uşaqdırlar,-deyib keçməyəcəklər.

Комментариев нет:

Отправить комментарий