Bundan əlavə, həmin festivalda şairin oxuduğu şeirlər Oksford Univesitetinin nəşr etdiyi “May xatirələri” (“Minds in May”) adlı kitabda geniş yer alıb. Şeirlərdən öncə şairin həyat və fəaliyyəti, Azərbaycanın azadlığı uğrundakı mübarizədə yeri, ilk müstəqillik aktının qəbul edilməsi sahəsəndəki gərgin əməyi haqqında geniş məlumat verilib.
Şairin yaradıcılığından danışılarkən onun “Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Xətai yurdu”, “Sunami” və digər əsərlərinin bədii məziyyətlərinə toxunulmuş və bu əsərlər müasir ədəbiyyatın ən yaxşı nümunələri olduğu vurğulanmışdır. Kitabda şairin ingilis dilinə çevrilmiş aşağıdakı şeirləri verilmişdir: “Sən gəlirsən” (“You are coming”), “Mənim son arzum” (“My last will”), “Tənhalıq” (“Loneliness”), “Sözün mənası” (“helplessness of the word”), “Səni sevmək” (To love you”).
Комментариев нет:
Отправить комментарий