Страницы

26.06.2012

Şah İsmayıl Xətai. Kərəm eylə...

Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə!
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə!


Gördün bir yerdə aşina,
Hər nə dersən özbaşına.
Yol daşını yol quşuna
Atma, qardaş, kərəm eylə!


Gördünsə, bir yerdə rəqib,
Neylərsən üzünə baxib
Münkiri qatara çəkib
Getmə, qardaş, kərəm eylə!


Xətaim çağırır, ərə!
Dünya böylə gəlmiş zirə.
Arif oxun əbəs yerə
Tutma, qardaş, kərəm eylə!

Комментариев нет:

Отправить комментарий