Страницы

25.06.2012

Təbrizi Bakıdan mən ayrı tutsam!

Elnur İmanbəyli


Bil dilim tutulub, gözüm kor olub,
Bil nəbzim dayanıb,ürəyim durub,
Dünya ətrafımda min oyun qurub,
Təbrizi Bakıdan mən ayrı tutsam.


Həyatın mənasın bil itirmişəm
Kökümə,soyuma pislik etmişəm
Qorqudu məzarda diksindirmişəm
Təbrizi Bakıdan mən ayrı tutsam

Bil o gün yuxuma haram qatılıb,
Bütün doğrularım yalan sayılıb
Bil dünya tərs dönüb dünya dağılıb
Təbrizi Bakıdan mən ayrı tutsam


Bil öz kimliyimi mən unutmuşam
Bil öz mənliyimi mən unutuşam
Atamı anamdan ayrı tutmuşam
Təbrizi Bakıdan mən ayrı tutsam!

Комментариев нет:

Отправить комментарий