“Biz hazırda motivləri aydınlaşdırırıq. Hazırda saxlanan şəxslərin ifadələri alınır, əşyayi-dəlillər toplanır. Bu işdə cinayətin sifarişçisi və icraçıları var”. Viktor Dubovik qətlin milli ayrı-seçkilik zəminində törədildiyi versiyasını qəti şəkildə təkzib edib.
“Bizim saxladığımız qrup beynəlmiləldir. Burada Azərbaycan, Ukrayna, başqa ölkələrin vətəndaşları var. Burada milli məsələdən söhbət gedə bilməz”.
Xatırladaq ki, Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudov mayın 9-da öldürülüb. Həmyerlimiz maşından düşərək veteranlara doğru gedərkən iki naməlum şəxs dövlət nömrə nişanı olmayan motosikletlə ona yaxınlaşıblar. Onlardan biri motosikletdən düşərək iş adamına 5 dəfə atəş açıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Комментариев нет:
Отправить комментарий