Страницы
▼
Yaz nağılı
Şahinə Könül
Gəlsənə, sənə danışam
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin
Bir şıdırğı yaz nağılı.
Söyləyim, öyrən qədərin,
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.
Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı...
Комментариев нет:
Отправить комментарий