Страницы

22.07.2012

Buna da şükür

Azər Adıgözəlzadə


Sollaşıram, sağlaşıram,
həyatla qucaqlaşıram,
bir təhər ayaqlaşıram,
azca yorğanım qısadı.


Düşdüm yolunun izinə,
gecəsinə, gündüzünə,
çatammıram göy üzünə,
bu göy nə yaman ucadı..


Dünya, ayağın sürüşüb,
dağın dağına ilişib,
çıxan tüstülər dəyişib,
bacan əvvəlki bacadı.


Bilinmir xeyrim, şərim də,
ol görüm, mənim yerimdə!
Üzünə güldüklərim də,
hərdən mənə diş qıcadır..

Sən də yoxsan, hirslənirəm,
dərdlərimdən gizlənirəm,
üzdən uşaq görsənirəm,
həsrətim, hirsim qocadı.


Bir ah çəkdim, aman Allah,
dodağım-dilim susadı..

Комментариев нет:

Отправить комментарий