Страницы

03.07.2012

Çingiz Abdullayevin "Prezident ovu" romanı Azərbaycan dilində!

 "Qanun" nəşriyyatı detektiv yazarı Çingiz Abdullayevin "Prezident ovu" romanını Azərbaycan dilində nəşr edib.
Mahir N. Qarayevin rus dilindən çevirdiyi romanda baş qəhrəman Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tap­şırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır.
Lakin təş­ki­la­tın konkret harda yer­ləşdiyi və aksiyanın nə məqsəd güd­düyü, onun haçan və han­­sı ölkədə həyata keçirilə­cəyi dəqiq bilinmir.
Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur.

Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşki­latın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq la­zım gəlir.
İlk baxışda nə qədər ağlasığmaz gö­rün­sə də, yük­sək peşəkarlığa malik olan Dronqo bu çə­tin vəzifəni mə­harətlə yerinə yetirir.
Təbii ki, bu asan başa gəlmir.
Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niy­yətini ye­rinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir...


"Qanun" nəşriyyatı məşhur alman psixoanalitiki Erich Fromm-un "Sevmək sənəti" kitabını da Azərbaycan dilində nəşr edib.
Erich Fromm XX əsrin görkəmli mütəfəkkiri, “Psixo­lo­gi­yadan filosofluğa” gəlmiş böyük koqor­tanın üzv­lə­rindən biri və Frankfurt sosioloji mək­təbinin  lideridir.
Erich From­mun əsərləri hər za­man aktualdır, çünki təd­qi­qat­la­rının əsas mövzusu in­san şəxsiyyətinin səmərəli rea­li­za­siya olunması­dır.
Rus dilindən tərcümə: Məmmədova Ruhiyyə


http://www.azadliq.org/

Комментариев нет:

Отправить комментарий