Страницы

28.07.2012

Daha bir israilli özünü yandırdı

Yanğın zamanı bədəninin 60%-i yanan israillini xəstəxanaya çatdırıblar.


Daha bir israilli özünü yandırdıAzadxeber.org saytının dünya mediasına istinadən verdiyi xəbərə görə, işğal olunmuş torpaqlarda etiraz edən bir xəstə israilli özünü hər kəsin qarşısında yandırdı.
Bu gün səhər saatlarında 48 yaşlı bir israilli kişi özünü yandırmaqla etiraz səsini eşitdirməyə çalışıb. Yanğın zamanı bədəninin 60%-i yanan israillini xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, son iki həftə ərzində İsrail rejiminə etiraz olaraq bu, artıq yanğınla bağlı 8-ci özünəqəsd cəhdidir. İlk dəfə Mişe Səlman adında bir yəhudi ölkədə ədalətə çağırış aksiyalarının ildönümündə özünü yandırmışdı. Sonradan o, həlak olsa da, onun bu hərəkətindən sonra bir çoxları özünü yadırmaqla etirazlarını bildirməyə çalışmışlar.

Комментариев нет:

Отправить комментарий