Salam Sarvan
Yazılan statusları oxuduqca xəcalət çəkməyə başlayırdım ki, niyə indiyədək camaatımızın söz istedadını düzgün dəyərləndirə bilməmişəm. Statusların ciddisi də, gülməlisi də aforizmsayağı dahiyanə fikirlər idi.
Baş işləyir axı, şübhələnməyə başladım. Birdən-birə ilhammı gəldi camaatımıza? Necə ola bilər ki, Təvəkküllə Hidayətin facebook yazışmaları Aristotellə Platonun diolqlarından da səviyyəlidi? Necə ola bilər ki, hamı Bəhlul Danəndə kimi hazırcavab, Molla Nəsrəddin kimi məzəli, Stanislav Leyts kimi ironikdi?
Müdrik statuslarin bir qismini ruscaya çevirib Googledə axtarışa verdim. Pırrrr, bu qanadlı kəlamlar kimlərin yuvasından uçmurdu: Hüqo, Nitsşe, Mark Tven, Sokrat, Hipokrat, Bonapart, Pluton, Platon, Platonov...
İronik, məzəli statusların mənbələri isə fərqliydi: “Luçşie statusı soçialnıx setey”, “Krılatıe frazı”, “Prikolnıe sitatı”...
Ruscanı bilmədiyinə görə oğurluq edə bilməyənlər isə öz qüdrətlərinin umuduna qalmışdılar: “sən mənim həyatımın günəşi olmalıydın, yuxusuz gecələrimin sayrışan ulduzu oldun”, “səni özümdə tapan kimi, özümü səndə itirdim”, “xəyalım xəyalına qarışandan bəri xəyala dala bilmirəm”... Ay allah evinizi yıxsın, yandım-töküldüm.
Sonra da deyirlər ki, yar bizdən uzaq gəzir. Gəzər də, a bala. Sən bu yarnan nə vaxt adam dilində danışdın ki, yar da sənə dirsək göstərdi?!
Baş işləyir axı, dərin düşüncələrə qərq oldum: yazıq yar, görəsən niyə bütün fəlsəfi, poetik ekspermentlər sənin üstündə aparılır?
Nə isə... Bir hikmətli kəlamı da Saramaqodan mən tərcümə eləyib öz adımdan qoydum statusa. On dəqiqədə 138 like, 52 şərh. 52 şərhin 47-si beləydi: “əlinə sağlıq”, “ürəyinə sağlıq”, “baş-beyin hücyerələrinə sağlıq”, “uy daa, yaman deyib”, “uy blinn, super”...
Baş işləyir axı, qəti qərara gəldim: saytlarda ancaq şərhləri oxuyanlar kitablarda da ancaq snoskaları oxuyurlar.
***
Bəzi statuslara baxdıqca sevinirdim ki, camaatimizin Facebookdan “ratsiya” kimi istifadə elədiyi zəmanəyə gəlib çatmışıq: “Şirzadın kafesindəyəm”... “Dənizə gedirəm”... “Şamaxıda əmioğlum Cavanşirgildəyəm, bir azdan xalaoğlum Sultanağagilə gedəcəm”. “Tarqovıda gəzişirəm”...
Bəzi statuslar isə əməlli-başlı həyatdan canlı yayım idi. Məsələn, belə: “Talkuçkadayam, əynimə şalvar tapa bilmirəm”... Yarım saatdan sonra: “Şalvarı tapdım, ayağını kəsdirməyə gedirəm”. On dəqiqədən sonra: “Dərzinin yanındayam”... İyirmi dəqiqədən sonra: “Şalvarın ayağını kəsdirdim”... İki dəqiqədən sonra: “Dərziyə 2 manat verməliyəm, beşliyə xırdası yoxdu”. Bir dəqiqədən sonra: “Gedirəm beşliyi xırdalamağa”... Beş dəqiqədən sonra: “Xırdaladım, dərzinin yanına qayıdıram”...
Adamın nə qədər boş vaxtı, yazmaq eşqi, insanpərvərliyi, operativliyi olar ki, bu tipli statusların da altına şərh yazar? Məsələn, “Dərzinin yanındayam” statusunun altında ən azı beş-altı dənə şərh var: “Dərziyə salam de”, “İynə-iynə, ucu düymə”, “Qaqaş, vəhabisən, şalvar ayağı kəsdirirsən?”, “Vəhabilər yaman çoxalıb”, “Lenin deyirdi ki, din tiryəkdi”, “Lenin qələt eləyir, Allah sizi hidayət eləsin”...
(ardı var) publika.az

Комментариев нет:
Отправить комментарий