TURAL QUL
Örtülü Sevgim, səndən sonra nələr yaşadım nələr. Tək qoymadılar məni. Yalvarırdılar inan. İndi yalanlarla... Kimlər və necə yalvarırdılar bir bilsən. Çox inkarlar elədim, olmaz dedim ama onlar yalvarırdılar "getmə" deyə. Və mən də qəlbimin üzərindəki hakimiyyətimi itirirdim.
İndi yalanlarla üz-üzəyəm, çox zaman olduğu kimi. Bir yoldu, gedirəm... Fırlanıram, hər dəfəsində də gəlib sənə çıxıram:
Məni azad edərmi fani dünyanın
əsirliyindən, sənsiz keçirəcəyim
baki günlərim?
Qəfəsin içində qalan gözlərim
baxmazmı artıq "inci baxışlarla"
qaranlıq saydığım hər gündüzə,
aydınlıq saydığım hər gecəyə?
Baxmazmı artıq "inci baxışlarla"
qəfəsin içində yorğun qalan
gözlərim?..
Gerçək həyatıma qəfəs xəyalım,
Qəfəsin çölündə yenə sevgidir.
Qəfəsin içinə alındı bir qız,
Bilmədim, bildiyim: adı İncidir.

Комментариев нет:
Отправить комментарий