Страницы

02.07.2012

İngiltərəlilər Qərbin İran əleyhinə sanksiyasını pislədi

İngiltərənin anti-müharibə koalisiyasına üzv tələbələri paytaxt Londonun Trafalqar meydanına toplaşaraq aksiya keçiriblər
İngiltərəlilər Qərbin İran əleyhinə sanksiyasını pislədi


İngiltərənin anti-müharibə və mədəniyyət fəalları bu ölkənin bir sıra şəhərlərində tədbirlər keçirərək Qərbin İran əleyhinə macəralı sanksiyalarını pisləyiblər.
İRNA-nın məlumatına əsasən, elə bu münasibətlə İngiltərənin anti-müharibə koalisiyasına üzv tələbələri paytaxt Londonun Trafalqar meydanına toplaşaraq aksiya keçiriblər. Bu toplantıda Amerika və Avropa Birliyinin İran əleyhinə qanunsuz və birtərəfli sanksiyalarının düşmənçilik xarakteri daşıdığı elan olunub. Onların fikrincə bu embarqolar adi camaatın həyatına mənfi təsir göstərə biləcək düşmənçilik deməkdir.

Aksiya iştirakçıları bu məqsədlərini çatdırmaq üçün plakatlar və şüarlar da hazırlayıb və qərb ictimaiyyətinin Yaxın Şərq regionunda müharibənin başlanmasına müxalif olduqlarını bildiriblər.
Bir sıra siyasi fəallar da bu aksiyalarda iştirak edərək ABŞ, İngiltərə və sionist rejimin İran əleyhinə bu mövqeyə əl atmasını pisləyib və deyiblər ki, bu ölkələr yalançılıqla İranın sülh və dünya üçün bir təhdid olduğunu sübut etməyə çalışırlar.
İngiltərənin böyük anti-müharibə koalisiyası ötən gecə də London Universitetində bir tədbir təşkil edərək Amerika və onun anti-İran müttəfiqlərinin müharibə xarakterli siyasətlərini pisləyiblər.

Комментариев нет:

Отправить комментарий