Страницы

22.07.2012

"İsraili qorumaq üçün Türkiyədə radar sistemi quruldu"

Kılıçdaroğlu Ərdoğan iqtidarını sərt şəkildə tənqid edib


İslamazeri.az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Respublika Xalq Partiyasının (CHP) baş katibi Kamal Kılıçdaroğlu, partiyasının bu günki 34-cü qurultayında çıxış edib. Kılıçdaroğlu hökumətin xarici siyasətini tənqid edərək deyib:  "Xarici siyasətdə Türkiyə tarixinin ən böyük problemlərini yaşayırıq. Suveren güclərin orta şərqdəki əlaltılığını boynuna götürmək tariximizə hörmətsizlikdir. Unutmayın, suveren güclər alovu əlləri ilə tutmazlar, alovu tutmağa razı olan şəxslər axtararlar. Nə deyirdik biz? Vətəndə sülh, dünyada sülh. Öz təyyarəsinin necə düşdüyünü bilməyən hər başdan fərqli bir səsin çıxdığı, ölkə ola bilərmi? Nə deyirdilər - "sıfır problem"... Halbuki indi Türkiyə problemlər bataqlığına süründürülür. Xarici siyasətdə ikili standart olmaz. İsrail bizim düşmənimizdir deyirsən.
Yaxşı bəs onda sən Malatyaya o raketdən müdafiə qalxanlarını niyə qurdun? İsraili qorumaq məqsədiylə qurduğunu hamı bilir. Türkiyənin xarici siyasəti budurmu? İran hökumətinə baxın. Bizi tənqid edirlər. 1639-cu il  Qəsri Şirindən bu yana heç bir problem olmayan İranla qalxana görə düşmən oluruq. Türkiyə bu hala düşməməli idi. Bu ölkəni bu hala salanların xalqın üzünə baxa bilməməsi lazımdır".
Nə oldu Cənub Kipr hadisəsində? Kişilənmək istədilər, bir telefon gəldi. Axtarışı edən gəmi bizim gəmimizdir. Dərhal səsləri kəsildi. Bu iqtidar bu respublikaya yaraşmır.

Комментариев нет:

Отправить комментарий