Memarlıqdan fərqli olaraq Mannada üzə çıxarılan sənətkarlığın nümunələri burada dekorativ-tətbiqi sənətin müxtəlif növlərinin inkişafının yüksək səviyyədə olduğunu göstərir. Məşhur “Ziviyə dəfinəsi”ndəki zərgərlik və metalişləmə nümunələri, eləcə də digər ərazilərdən tapılan müxtəlif silahlar, mis və saxsı qablar, Həsənlu və Merlikdən tapılmış əşyalar təkcə forma-biçiminə görə yox, həm də onları bəzəyən təsvirlərin sənətkarlıqla icrasına görə diqqət çəkirlər.
Dünya rəssamlığı və rəsm əsərləri
Ziviyədən tapılmış şirəli gil qab. E.ə. VIII-VII əsrlər. Nyu York. Metropoliten muzeyi.
Qızıl cam. E.Ə. XI-X əsrlər. Tehran Arxeoloji muzeyi.
Yuxarıdakı şəkildə: Həsənludan tapılmış qızıl cam. e.ə. IX-VIII əsrlər. Tehran Arxeoloji muzeyi.
Комментариев нет:
Отправить комментарий