Страницы

20.07.2012

REKLAMDA VƏ HƏYATDA

 Oqtay Salamov


Reklamda. Qız rəngli qələmlə bir şəkil çəkib adını «Bizim ailə» qoyub. Atası baxır ki, qızı bir kişifason çəkib, bir də uşaq şəkli. Soruşur ki, bəs anan haradadır? Qız da köks ötrürürmüş kimi:
-Anam həmişəki kimi qabları yuyur! Özü də «həmişəki kimi» sözünün altını çızmaqla deyir…
Kişi mətbəxə keçib arvadının çiyinlərini qucaqlayır:
-Yetər, sən qadınsan, qabyuyan deyilsən!...
Həyatda. Qız qara karandaşla bir şəkilfason çəkib və adını «Bizim ailə»  qoyub. Dədəsi qaralamaya baxıb deyir:
-Bu nədi aaz,  bu mənəm? Bu da ananıdı?
-Ay paa,yox, bu sənsən, bu da mənəm!...

-Bəs anovun şəklini niyə çəkməmisən, hələlik o da  ailəmizdəndi axı, haradadı o?
-Anam həmişəki kimi qabları yuyur…
Kişi mətbəxə keçir ki, yemək yanıb, otağı tüstü basıb. Qışqırır:
-Aaz, Yetər, anan evində 9 qız vardı, sənin adını da Yetər qoydular ki, bəsdi, evi arvadlarla doldurdunuz. Amma sən qadın deyilsən, elə əsl qabyuyansan…
P.S. Kadr arxasında qalın səhnələr: -Bu nədi aaz,  bu mənəm? Bu da ananıdı? Normalnı çəkeydin, pasportunu dəyişdirəndə bir də 2 manat zərər düşməyim dəə…
…Kişi arvadı əzişdirmək istəyir, arvad tavanı alıb çəmkirir:
-Qabyuyuan almırsan alma, paltaryuyana sözün nədi, qazı remont elətdirməyə sözün nədi?...


ogtaysalamov@rambler.ru

Комментариев нет:

Отправить комментарий