Страницы

30.07.2012

Şamaxı soyqırımı. Mart 1918–ci il

Rövşən NOVRUZOĞLU


“Ermənilərin bu cür iyrənc qələbələri uzun çəkə bilməz. Onlar tarix boyu səhv yolda olublar… Onlar həm yolunu azmışlardı, həm də azlıq təşkil edirlər. Amma vaxt gələcək, bütün Azərbaycan…bir nəfər kimi ayağa qalxacaq, erməniləri yer üzündən siləcəklər. Onda erməniləri heç kim, heç nə xilas edə bilməyəcək. Sadəcə, insanların yatmış ruhlarını oyada biləcək söz və qələm lazımdır…” Skotland–Liddel.30 yanvar, 1919–cu il.


Araşdırma materiallarına görə, “Erməni Milli İdeologiyası”nın yaradıcılarından olan Akademik L.Xurşidyan Tehran radiosuna verdiyi müsahibədə (Müsahibə 2012–ci il martın 14–də səsləndirilib– R.N.) iddia edir ki, Azərbaycan əraziləri adlandırılan bir çox yaşayış məntəqələri, hələ ki işğal altındadır və biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Gəncəni, Naxçıvanı, Şamaxını tədricən azad edəcəyik(?)…

Professor E.Zöhrabyan isə Ermənistandakı Amerika Universitetində, Minsk qrupunun üzvlərinin də iştirak etdiyi məclisdəki nitqində qeyd edib ki, Bakıda, Şamaxıda, Gəncədə və Naxçıvanda… heç bir işgəncə verilməyib. “…ermənilər yer üzünün ən mədəni və humanist xalqlarından biridir…” (?)
Maraqlıdır ki, İrəvanın girəcəyində də bu fikri əks etdirən iri bir lövhə asılıb. İşğalçılıq siyasəti və terrorla özgə torpaqlarında “dövlət” quran Ermənistanın “Ararat” toplumunda rus, türk və erməni dillərində professor A.Yenqonyanın məqaləsində qeyd olunur ki, bu ilin sonunadək dünyanın bir neçə ölkəsində “İşgəncələr” adlı bir neçə cilddə kitab nəşr olunacaq. Orada Türkiyədə və Azərbaycanda ermənilərə edilən hücumlar, işgəncələr öz əksini tapacaq”. Bu sözlər ermənilərin saxtakarlığını aydın göstərir. Onlar saxtakarlıqla dünya ictimaiyyətini aldada bilməyəcəklər.
Tarixi həqiqətləri heç kəs sərf–nəzər edə bilməz. Azərbaycanda Şamaxı torpaqları qədər yandırılan, külü göyə sovrulan, qana bələnmiş ikinci bir yaşayış məntəqəsi yoxdur. 1918–ci ilin aprelin 2–dəki hadisələri gözlərilə görən ərəb taciri və səyyahı Ləl Üzeyir “Ənzəli Qovluğu”nda saxlanılan məktubunda etiraf edir: “…Burda insanları dilsiz–ağızsız və köməksiz gördüm. Şamaxı tənhalıqda yanırdı. Ermənilər az güllə atırdılar. Onlar qorxu və hay–küylə adamları bir yerə yığır… və sonra onlardan ocaq qalayırdılar. Mən ilk dəfə idi ki, insanların, uşaq və qocaların, hamilə qadınların… diri–diri yandıqlarını görürdüm…”
Fikrimcə, o vaxt Şamaxıdakı etnik təmizləmələrin bəzi mətləblərinə hələ də tam aydınlıq gətirilməyib. Mən hələ də anlaya bilmirəm. Necə ola bilər ki, 1918–ci ilin mart–aprel aylarında (cəmi 26 gün) baş verən erməni qırğınları haqqında məlumat səkkiz aydan sonra açıqlanır. Nə üçün? Əldə olunan sənədlər əsasında ancaq 1918–ci ilin noyabr ayının 22–də (?) Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri və Şamaxı qəzasının viran qalmasını, erməni qəddarlıqlarını göstərən məruzəsi açıqlanır. Səthi və protokol dililə hazırlanmış hesabatda qaranlıq məqamlar çoxdur. Məlumata görə, 1918–ci ildə Şamaxıda 15 min əhali olub. Baş verən etnik təmizləmədən sonra Şamaxıda cəmi 1700 nəfər adam qalıb…(?) Bəs hanı yerdə qalanlar?..
Araşdırmalarımıza görə, o vaxt Şamaxıda və Bakıda, Gəncə və Naxçıvanda ermənilərin dünyanın insan ticarətinə qoşulan “Edvard” və “Petros” qruplarının rəhbərlərinin olması faktı diqqəti cəlb etmyə bilmir. Nədənsə İngiltərədən, Fransadan gələn və uşaq alverilə məşğul olan bu qruplar haqqında hələlik məlumat verilmir.
Azərbaycan və azərbaycanlılar həmişə, deyək ki, yola saldığımız bütün yüzilliklərdə xarici kəşfiyyat mərkəzlərinin canlı laboratoriyası olub. Məsələn, 1918–ci ilin fevralın 26–dan, martın 7–dək fransız hərbi həkim Jan–Pyer Bayrenin, alman hərbi həkim Lotar Ştoyberin (Reyn), italyan hərbi həkim Roberto və Anne Mastellaların Şamaxı qəzasını gəzmələri, səyyar laboratoriya çərçivəsində elmi–tədqiqat işləri aparmaları haqqında o vaxt Rusiya kəşfiyyat idarəsinin “Qırmızı arxiv”ində materiallar saxlanılır. Araşdırmalara görə, 1918–ci ildə Moskvadakı Mərkəzləşdirilmiş hərbi–sənaye kompleksinin bioloji və epidemioloji şöbəsinin həkimi, professor Daniil İvanoviç Şestakov “Məxfi İdarə”yə göndərdiyi məktubunda yazırdı: “…Qriqori Akuloviç Demonov cənablarına!.. Sizi məlumatlandırıram ki, gələcəkdə və bu gün də Rus İmperiyasının maraqlarında olan Qafqaz ərazilərində Böyük Britaniyanın, Fransanın, İtaliyanın, Almaniyanın və Amerikanın blavasitə bioloji və epidemioloji kəşfiyyat işlərilə məşğul olan həkim qrupları tədqiqatlar aparırlar. Bizim Yelizavetpoldakı (Gəncə) məlumat mənbəyimiz bu haqda Sizin idarəyə geniş məlumat verib…”
Qeyd edək ki, 1918–ci ildə adları çəkilən ölkələri “Virus–1″ adlı epidemiya cənginə almışdı. Nəticədə 20 milyon adam bu epidemiyadan məhv olmuşdu. Hərbi həkimlər, kəşfiyyat qrupları bu epidemiyaya qarşı əldə etdikləri vaksinləri sınaqdan çıxarmaq üçün münaqişəli zonaları, müharibə meydanlarını, baş verən etnik qarşıdurma ərazilərini… axtarırdılar. Rus polkovniki Semyon Makaroviç Leontyevin Yelizavetpoldan 1918–ci ildə Moskvaya ünvanladığı məktubda göstərir ki, Böyük Britaniya, Fransa və İtaliya həkimləri Azərbaycanı seçdilər. Almanlar Gürcüstanı və Dağıstanı üstün bildilər. Ermənistana heç kəs getmədi. (?) Məxfi İdarənin “Qırmızı arxiv”ində saxlanılan məktubda S.M.Leontyev yazır:”… Onlar (həkimlər – R.N.) su quyularının, un üyüdən dəyirmanların, əkin və biçin sahələrinin ətrafında tez–tez görünür, yoxsul və kasıb, ehtiyac içində yaşayan ailələrin evlərində tədqiqat aparırdılar…”
Araşdırma materiallarına görə, bütün bu əldə etdiyimiz fakt və yazışmalara Texas Universitetində (ABŞ) XX əsrin epidemiyalarını araşdıran Doktor Məhəmməd Məcid yekun vurub. Dr.Məhəmməd Məcid 2003–cü ilin iyun ayının 10–da Pentaqona — Hərbi Kəşfiyyat İdarəsinə açıqlamasında qeyd edir ki, 1918–ci il “Virus–1″ epidemiyasının kodu açıldı. Bu kod altında xüsusən Azərbaycan ərazisində ermənilərin apardıqları qırğınlar nəticəsində böyük insan tələfatı baş verib.
Tehran Milli Arxivində qorunub saxlanılan “Ənzəli qovluğu”nun 209–cu səhifəsində 1918–ci ilin aprelin sonunda Şamaxıdan köç edən, əslən fars olan Əli Qayımpur qeyd edir ki, onun yaşadığı Şamaxı şəhərinin ətrafında və şəhər mərkəzində insanlar durduqları yerdəcə keçinirdilər… Ermənilər hər səhər evlərdən yığılan meyitləri yandırırdılar… Bir yandan ermənilər qırırdı, bir yandan da xəstəlik… “Qırmızı arxiv”in sənədlərində isə o vaxt Şamaxının poçt–teleqrafına rəhbərlik edən erməni Ambarsumovun Yelizavetpol Xəfiyyə İdarəsinə göndərdiyi məktub var. Erməni etiraf edir ki, Şamaxıda əhali arasında baş verənləri yaxşı anlamır. Ambarsumov “Milli Erməni Bürosu”nun liderlərindən olan Doktor Zarviqarova isə yazırdı: “Şamaxıda əhali artıq boşalır. Bir yandan birdən–birə yayılan xəstəliklər, o biri yandan da dəstəmiz… müsəlmanların axırına çıxdı. Generalımız (Stepan Lalayan nəzərdə tutulur – R.N.) xaricdən gələn həkimləri Gürcüstana yola saldı. Hər şey hörmət və ehtiramla keçdi. Yüzdən artıq sağlam hesab etdiyimiz uşaq İrana göndərildi. Erməni ailələrini isə Göyçay–Şamaxı sərhəddində topladıq ki, xəstəliyə tutulmasınlar. Onlara əlavə dərmanlar paylanıldı…”
Araşdırma materiallarına görə ermənilər Bağırlı, Əngəxaran, Pircan, Kürdtəpəsi, Yəhyalı, Məlhəm kəndləri də daxil olmaqla, Şamaxıda on altı yerdə quyu qazmışdılar. Dərinliyinə görə su quyusunu xatırladan bu quyulardan həmişə alov qalxırdı. Öldürülən yerli əhali onlara verilən ağır işgəncələrdən sonra bu quyulara atılaraq… yandırılırdı. “Karamanovun dəstəsi” evləri gəzir, hamilə qadınları öz həyətlərində saçlarından asırdılar. Doğulan oğlan uşaqlarına amanverilmirdi. Qız uşaqlarını isə yığıb, satmaqla məşğul idilər. Səyyah və tacir Ləl Üzeyir yazır ki, bütün bunlar Şamaxıda adi hal almışdı. Təəssüf ki, Ə.Xasməmmədovun tədqiqat materiallarında 1918–ci ildə Şamaxı hadisələrini izləyən Yelizavetpol Məxfi İdarəsinin İstintaq Qrupunun başçısı mayor Q.D.Demçenkonun materiallarından istiafdə olunmayıb. Ermənilərin Şamaxıda törətdikləri qanlı cinayətlərlə bağlı kəşfiyyat mayorunun yeddi məktubu “Qırmızı arxiv”in (RF–si, Baş Kəşfiyyat İdarəsinin Qafqaz bölməsi.) sənədləri arasındadır. Q.Demçenko məktublarının birində yazır: “ermənilər Cümə məscidinin qapılarını bağlayıb, məscidə od vurdular. Sonra din xadimi Hacı Cəfər Məmmədovu (Şübhəsiz, Hacı Cəfərqulu nəzərdə tutulur – R.N.) məscidin qabağına sürüdülər. Onun sinəsi qırılmış, sir–sifəti qara qançır olmuşdu. Sonra onun sinəsində bənd alan saqqalına od vurub, yandırdılar. Erməni Mixail Arzumanov əlindəki süngü ilə onun gözlərini ovub çıxartdı… Rus keşişi Fyodr Ata bütün bu işlərə mane olmağa cəhd etdi. Lakin onun da sinəsindən vurub, yıxdılar… Sonra ermənilər Hacının qulaqlarını kəsdilər… burnunu yerindən qoparıb, üstünə neft tökdülər… Cümə məscidinin qabağında Hacı Cəfəri yandırıb getdilər. İki gündən sonra ermənilər rus keşişi Fyodr Atanı da dara çəkib, asdılar. Moskvanın etirazına baxmayaraq, hər şey ört–basdır edildi…”
Şamaxıda S.Lalayanın göstərişilə zərgər Meqriyanın və Qalstyanın mülklərində ermənilərin işgəncə otaqları düzəldilmişdi. Məlumata görə, Qalstyanın mülkündə daha amansız cəzalar verilirdi. Meqriyan və Qalstyan hər ikisi İrana qaçmışdılar…
Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədlərində oxuyuruq:”…yaxşı silahlanmış və hərbi təlim keçmiş ermənilər şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrində kütləvi qırğınlar törətdilər: ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini öldürür, qılınc və xəncərlə onları kəsib–doğrayır, süngüdən keçirir, evlərə od vurub yandırır, uşaqları oda atıb, yandırır, üç–dörd günlük körpələri süngülərə keçirirdilər. Evdə qalan, demək olar, bütün südəmər uşaqlar öldürülür, onların valideynlərinin dalınca qaçıb küçədə qətlə yetirirdilər. Şəhərin elə bir məhəlləsi yox idi ki, orada ermənilər müsəlmanları qırmasınlar, çox az sayda adam öz həyatını xilas edə bilmişdir… Ermənilər müsəlmanları öldürməklə yanaşı, onların əmlakını məhv edir, ən dəyərli şeyləri özləri ilə aparırdılar… Təkcə bir quyudan… torpağın altından qulağı, burnu kəsilmiş, qarınları cırılmış 57 müsəlman meyiti tapılmışdı…”
Başqa bir arxiv sənədində isə oxuyuruq: “…Şamaxı cənubdan ermənilər, şimal–şərq tərəfdən malakanlarla mühasirə edilmişdi. Bu dəstələr Şamaxının müsəlmanlar yaşayan aşağı hissəsini bombardman etmişdilər. Bu zaman şəhərin yuxarı hissəsində yaşayan ermənilər odlu silahlardan müsəlmanları atəşə tutmuşdular. Şəhərə girməyə nail olmuş ermənilər müsəlmanları məhv etməyə başladılar… Baş verən yanğın şəhərin bütün müsəlman hissəsinə yayılmışdı. Kişi, qadın, uşaq küçələrdə gülləbaran edilmişdi. Onlara olmazın əzab–əziyyət və işgəncələr verilmişdi. Küçələr…döşləri kəsilmiş, qarınları yarılmış, təhqirlərə məruz qalmış qadın cəsədlərilə dolu idi. Hətta süngülərlə torpağa sancılmış uşaq meyidlərinə də rast gəlmək olurdu…”
1918–ci il, mayın 2–də “Star” (Kanada, Ontario əyaləti.) qəzetində dərc olunmuş məqalədə Şamaxıda baş verən hadisələrdən danışılır. Məqalənin müəllifi 1889–cu ildə Şamaxıdan köçüb Kanadaya gedən, əslən Çuxuryurdlu olan Məlik–Qasımov Məşədi oğlu idi. O, həmin vaxt dünya mətbuatına istinadən yazırdı: “…Bu nə fəlakət idi ki, Azərbaycanda oldu. Ermənilər yenə dirildilər. Onlar mənim doğulduğum Şamaxı şəhərində fitnə–fəsad törətdilər. Mənim anadan olduğum Çuxuryurd kəndi isə başdan–başa yandırıldı. Adamlar, qohum–əqrəbam öldürüldü…”
Azərbaycan Dövlət Arxivindəki sənədlərin birində qeyd olunur: “…Nəvahi kəndində… ermənilər kəndə soxularaq əhalini vəhşicəsinə döymüş, qaçanları güllələmiş, əllərinə keçənləri süngüdən keçirmiş, xəncərlə tikə–tikə doğramış… qadınları zorlamış, döşlərini kəsmiş və nəticədə…140 uşağı məhv edərək analarını yandırmışlar…”
Tarixi mənbələrdən gətirilmiş misallardan da göründüyü kimi, Şamaxıda və qəzanın müsəlman kəndlərində müsəlmanlara kütləvi şəkildə divan tutulması S.Şaumyanın həyasızcasına bildirdiyi kimi, sovet hakimiyyətinin qurulması məqsədi deyil, millətçilik və dini qisasçılıq məqsədi daşıyırdı.
Şamaxı hadisələrinə dair hazırladığı məruzəsində komissiyanın sədri Ə.Xasməmmədov yazırdı: “Stepan Lalayev və Samson Əmirov erməni əsgərlərindən təşkil olunmuş böyük bir silahlı dəstənin başında Şamaxıya gəlişindən az sonra… şəhərin bütün müsəlman hissəsi məhv edildi. Azərbaycanlılara divan tutuldu.
Müsəlman əhalisinə Şamaxıda ermənilər tərəfindən divan tutulması 1918–ci ilin sentyabrına qədər davam etmişdi. Yalnız türk qoşun hissələrinin köməyə gəlməsi erməniləri insanlığa zidd olan bu vəhşi əməllərdən əl çəkməyə məcbur etmişdi.
O günlərdə “Azərbaycan” qəzeti yazırdı: “S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur”. Ermənilərin vəhşilikləri o qədər dəhşətli idi ki, bunları xalqdan gizli saxlamaq mümkün deyildi. Şamaxı dəhşətləri bütün ölkədə əks–səda vermişdi. Bolşeviklər də öz mətbu orqanlarında Şamaxı faciəsinə dair hesabat dərc etməyə məcbur olmuşdular. Lakin burada Lalayevin törətdiyi vəhşiliyə yalnız bir ifadə ilə toxunulurdu: “…və dinc əhaliyə münasibətdə ədalətsizliyə yol verilmişdir”. İctimai rəyi sakitləşdirmək məqsədi ilə bolşeviklər Kojemyakonun başçılığı altında fövqəladə hərbi–istintaq komissiyası yaratmışdılar. Kojemyako S.Lalayevi komissiyaya dəvət edib, onun həbs edildiyini bildirəndə Lalayev ona əhəmiyyət vermədən Şaumyana zəng vurmuşdu. Şaumyan isə Kojemyakonu aparata çağıraraq bunları bildirmişdi: “Bu nə şıltaqlıqdır, Lalayevi həbs etmək düzgün deyil”. Beləliklə, Şaumyan bütün bu qətl və soyqırımın əsas günahkarı olan cinayətkarı himayə etmiş, Lalayev isə heç nə olmayıbmış kimi Daşnaksütyun bürosu tərəfindən ona ayrılmış cangüdənlərinin əhatəsində sərbəst gəzməyə başlamışdı. 3–4 gündən sonra isə qəzetlərdə Fövqəladə hərbi–istintaq komissiyasının buraxılması haqqında xəbər dərc olunmuşdu.
Şamaxıda bütün beynəlxalq konvensiyalar pozulmuşdu.
Necə ola bilər ki, ermənilər 1915–ci il uydurma soyqırımı ilə bağlı beynəlxalq aləmi təmin edən saxta sənədlər toplaya bildi, biz isə 1918–ci il real soyqırım haqqında heç bir sənəd ortaya qoya bilmədik… beynəlxalq məhkəmələrə yol–yolağımız bağlandı?..
Hazırda insan hüquqları sahəsində müasir dünyada qiymətləndirmə amili kimi dəyərləndirilən əsas prinsiplər formalaşmışdır. Bu prinsiplər tarixən yaranıb inkişaf etmiş, zənginləşmiş və təkmilləşmişdir. Bu gün həmin prinsiplər bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasında da bu prinsiplər öz əksini tapmışdır.
İnsan hüquqları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir. Yalnız insan hüququ mədəniyyətinə nail olmaq şəxsiyyətə mövcud siyasi rejimləri qiymətləndirmək, cəmiyyətdə öz yerini müəyyənləşdirmək imkanı verir.
Araşdırma materiallarına görə, Beynəlxalq Cinayət Məhkəməsi dünyada baş verən genosid müharibələrində, etnik təmizləmələrdə həqiqəti üzə çıxaran ən ciddi qurumlardan biridir. Bu qurum 1998–ci il iyun ayının 15–17–də Romada keçirilən BMT himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransında qərar tutdu.
Beynəlxalq Cinayət Məhkəməsinin “Bəşəriyyətin əleyhinə cinayət” sənədlər toplusunun bir yerində isə (maddə 7.) qeyd edilir ki, əgər bu cür cinayətlər şüurlu şəkildə baş verirsə, hər hansı mülki şəxslərə qarşı geniş miqyas alırsa, onda bu sadaladığımız hərəkətlərdən birini təşkil edir: qətləyetirmə, qətliam, köləyə çevirmə, deportasiya, yaxud əhalinin məcburi köçürülməsi, həbsxanaya salma, yaxud beynəlxalq hüququn müddəalarına zidd olaraq, fiziki azadlıqlardan məhrum etmə, işgəncələr, mülki əhaliyə qarşı edilmiş hücum, qəsdən adam öldürmə, bioloji eksperimentlər də daxil olmaqla, işgəncələr, qeyri–insani davranışlar, qəsdən güclü iztiraba, yaxud ciddi bədən xəsarətlərinə səbəb olma və ya sağlamlığa ziyan vurma, 12 avqust 1949–cu il Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulması, qəsdən hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət, elm və ya xeyriyyəçilik məqsədləri üçün təyin olunmuş binalara, tarixi abidələrə, xəstəxanalara və ya xəstələrin və yaralıların cəmləşdikləri yerlərə zərbələrin endirilməsi, zorlama, insan ləyaqətinin alçaldılması…
Biz araşdırma materiallarında ermənilərin Şamaxıda bütün bu aspektlərdə törətdikləri cinayətlərin şahidiyik.
Araşdırma materiallarına görə, Şamaxıda ən ağır işgəncələr uşaqlara verilib. Məsələn, erməni siyasətçisi, ümumiyyətlə, türklər tərəfindən “öldürülən” ermənilərin siyahısını, daha dəqiq desək “ensiklopediya”sını tərtib edən politoloq A.Aloyan yazır ki, “Milli erməni bürosu”nun əsas tapşırıqlarından biri Şamaxıda on yaşına qədər uşaqların birdəfəlik məhv edilməsi idi. Bunun üçün “Büro”nun Şamaxıdakı fəaliyyətilə bağlı erməni “milli qəhrəmanı” Stepan Lalayan üçün xüsusi “İş planı” olub. Yelizavetpol Məxfi İdarəsində (Xüsusi İdarə) və Tiflisdəki bütün Qafqaz regionlarını əhatə edən “Siyasi Mərkəz”də toplanmış fakt və sənədlərdə bu istiqamətdə arayışlar, teleqramlar var. Qeyd edim ki, o vaxt bilavasitə Rusiya İmperiyasının ən gizli kəşfiyyat mərkəzi hesab edilən “Siyasi Mərkəz” haqqında, onun fəaliyyət dairəsi haqqında çox az məlumatımız var. Bu mərkəz Romanovlar sülaləsinin süqutundan sonra da öz fəaliyyətini “Böyük Rusiya naminə” davam etdirir. “Siyasi Mərkəz” Rusiyanın Qafqazda həm gözü, həm qulağı, həm də düşünən beyni və vuran əlidir…
Kəşfiyyat generalı, uzun müddət bu idarədə millətlərarası münaqişələri araşdıran və təhlil edən qrupun başçısı Lev Adayeviç Gerasimov yazır ki, bu “Siyasi Mərkəz” Rusiyanın Qafqazdakı “Qızıl Açarı”dır… L.A.Gerasimov daha sonra yazır: “…biz istədiyimiz vaxt topladığımız materiallarla…(lazım olan vaxt) erməniləri, gürcüləri, çeçenləri, ləzgiləri… diz çökdürə bilərik…”
Əslən Təbriz kürdlərindən olan Sərdar Baray adlı bir səyyah yazırdı: “…Şamaxıda hər şey darmadağın edilmiş, şəhərin altı üstünə çevrilmişdi. Mən yepiskop Mesropla Poti limanında tanış oldum. Onu çox ciddi şəkildə əhatəyə almışdılar. Hər ikimiz Türkiyədən qayıdırdıq… Şamaxıya gəldik. Küçələrdə, ensiz dalanlarda, həyət–bacalarda meyitlərin sayı bilinmirdi. Əsl müharibə idi. Nə qədər çalışdımsa, gözdən yayınıb buraları tərk edəm, yepiskop Mesropun adamları qoymadı. Gecəni qalmalı oldum. Səhərə qədər oyaq qaldım. Mən soruşanda ki, nə üçün bu qırğınlar olub? O, hiyləgər gözlərini qıyıb, dedi ki, bu məsələni nəinki yepiskop Mesrop, heç onun babası Suren də bilmir… Fransız da bir neçə foto çəkib, gözdən itdi. Onu daha görmədim… O biri otaqda isə, içi közlə dolu manqal var idi. Uzun, bir tərəfi əyilmiş maşanı da qızarmış közün içinə soxmuşdular. Gecədən xeyli keçmiş süfrə açılmış otağa biri–birindən fərqli, üç gözəl balaca qız gətirdilər. Yaşları, ancaq on–on bir olardı… Boya–boy düzülmüş bu üç müsəlman balasının qışqırıq və harayları hələ də qulaqlarımdan getmir. Yepiskop Mesrop mənə şərab süzdü və tapşırdı ki, sən belə şeylərə baxma… Yepiskop Mesropun göstərişilə manqalı otağa gətirdilər… Sonra gördüm ki, yepiskop Mesrop manqalın içində qızarmış maşaya əl atdı. Divara qısılmış qızların əllərinə, ayaqlarına, alın və yanaqlarına dağ basıldı. Axırda o, əlindəki isti maşanı qızların çılpaq sinələrində gəzdirib, xaçladı… Səhərə qədər yepiskop Mesrop bu iki qızın cəsədi ilə oynadı… Mən o gündən ermənilərlə dostluğa son qoydum…”
Araşdırma materiallarına görə, kürd Sərdar Barayın adlarını qeyd etdiyi Sedrak–Sedrak Vlasov, Moru–Mari Petrosyan, Manaşa–Manaş Qurgenoviç Saakyan, Mixay Aleksandranyan… istintaq materiallarında əvvəl olub, sonra ingilis generalı Tomsonun xahişilə sənədlərdən çıxarılıb. Arxiv materiallarında təkcə Sedrak Vlasovun adı çəkilir.
Bütün bunlar bizim taleyimiz olaraq qalır. Rəsmi sənədlərə görə, işgəncələrdən azad olmaq hüququ beynəlxalq hüquq çərçivəsində həmişə tam dəqiqliyilə müəyyən edilmişdir. İnsan haqları üzrə ümumi Deklarasiya, Vətəndaş və siyasi hüquqlar üzrə Beynəlxalq Razılaşma, İşgəncə və digər Qəddar, Qeyri–insani və Alçaldıcı Rəftar üzrə Konvensiya birmənalı şəkildə işgəncələri qadağan edirlər. Eynilə bir neçə regional sənəd işgəncədən azad olmaq hüququnu müəyyən edir. Amerika İnsan Haqları üzrə Konvensiyası, Afrika İnsan və Xalqların Hüquqları üzrə Xartiya və İnsan Haqlarının və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya işgəncələrin qadağan edilməsi barədə müddəaları özündə əks etdirir.
Araşdırma materiallarına görə, dünyanın heç bir beynəlxalq qurumlarında (BMT, AŞ da daxil olmaqla) 1918–ci il mart qırğınlarında ermənilərin Şamaxıda törətdikləri qanlı olaylarla, kütləvi qətliamlarla, soyqırımla bağlı… heç bir sənəd yoxdur. “İzvestiya” qəzetinin 2003–cü il iyun sayında (RF) verdiyi məlumata görə ölkənin arxivlərindən bilavasitə Qafqazda törədilmiş soyqırım hadisələrilə bağlı tarixi sənədləri əks etdirən 120 qovluq oğurlanıb. Onun böyük bir hissəsi “…erməni–azərbaycanlı…” münasibətlərini əhatə edirdi.


"Respublika" qəzeti

Комментариев нет:

Отправить комментарий