Страницы

16.07.2012

Şeytanın özü

 Rəşad Ələkbərov

Salam, Müqəddəs ata.
Salam, Övladım.
Müqəddəs ata mən, mən çox pisəm, bir bilsəniz nələr etmişəm, mənə ancaq siz kömək edə bilərsiz.
Övladım, bu fani dünyada az ya çox hər kəs yaradan qarşısında günahkardır.
Yox müqəddəs ata, siz mənimkimisini hələ görməmisiz....
Mən adam deyiləm, mən iyrənc, heç kimə (hətta özünə belə) faydası olmayan bir yaratığam...
Yox, yox. Mən şeytanın ta özüyəm.
Danış övladım, danış. Sən nə əməl sahibisən ki, özün haqqda belə düşünürsən?
Müqəddəs ata əməl yox, əməllər.
Dinləyirəm səni övladım, buyur. Unutma ki, Yaradan hər zaman bağışlayandır.
Müqəddəs ata, mən, məktəbli qızların asta – asta şəvhət hissi ilə oynayıb, bəkarətlərini əllərindən almışam....
Mən, kasıb xəstələrə səhv diaqnoz qoyub, varını – yoxunu satdırıb lümbəlüt ortalığda qoymuşam...

Mən, dul qadınların ərsiz olmalarından istifadə edib o ki, var onlarla əylənmişəm.
Mən, eyş – işrət məclisindən sərxoş çıxıb, yolu anasının əlindən tutaraq keçməyə çalışan, azyaşlı oğlan uşağının üzərindən keçmişəm. Hələ bu azmış kimi sümüklərinin xırçıltısından doya – doya həzz almışam.
Müqəddəs ata, eşidirsiz məni?
Dinləyirəm səni övladım. Davam et.
Müqəddəs ata mən, zəhmətkeş ailələrdən olan tələbələri imtahanlarda kəsib, son ümüdlərini əllərindən almağa çalışmışam.
Mən, evə əli dolu zənbillərlə gəldiyim zaman, qonşu kasıb uşaqların əlimdəkilərə baxdıqlarını görüb, o ki var gülmüşəm. Hələ bu azmış kimi, “Gedin, atanıza deyin ki, kişidən kişiyə fərq var” demişəm.
Mən kasıbların bu həyatda tək sahib olduqları namuslarını, qeyrətlərinə göz dikmişəm. Həyatıma təhlükə hiss etdiyim zaman, onlara şər – böhtan atmışam, zindanlarda çürütmüşəm.
Bədənində qırışdan yer qalmamış xəstə analarının ayaqlarıma düşüb: “Nə olar övladıma kömək et sözlərinə qarşılıq, mən bir şey edə bilmərəm deyib, mümkün qədər mənə çox yalvarmalarını arzulamışam”....
Başqa nəsə demək istədiyin bir şey varmı övladım?
Məgər bunlar azdır müqəddəs ata?
Övladım sən elə əminliklə danışdın ki, dedim bu dəfə mən həqiqətən təəccüblənəcəm...
Sənin kimi gün ərzində onlarla insan gəlir bura. Artıq saylarını da uzun zamandır unutmuşam...
Gəl birlikdə dua edək, Allahdan bağışlanma diləyək.
Adam tələm – tələsik duadan sonra, həyatda özü kimisinin tək olmadığını düşünüb, sevincək halda kilsəni tərk etdi. 

Комментариев нет:

Отправить комментарий