Страницы

26.07.2012

ÜNLÜ “TİME” DƏRGİSİNİN YALANI... İKİ HƏFTƏYƏ 7 MİLYON ARTAN KÜRDLƏR..

Emin Piri


VƏ  2050-Cİ İL TƏHLÜKƏSİ


Son dövrlər dünya mediasında bölgəmizdə və Türkiyədə kürdlərin sayı ilə bağlı uydurma rəqəmlər səslənməkdədir. Yazılanlara görə Türkiyədə kürdlərin sayı (daha doğrusu kürd dilini ana dili hesab edənlər) 25%,  30%,  35% dir. Rəqəmlərlə qeyd etsək bu 20-25-35 milyon arasında dəyişir. Maraqlı bir fakt ortaya çıxır: 75 milyonluq ölkədə bu qədər saya malikdirlərsə niyə seçimlərdə bütün hakimiyyəti ələ keçirib arzuladıqları dövləti qura bilmirlər?! (Türkiyədə bu mümkündü. Çünki seçimlər demokratik keçirilir).
Hətta seçimlər zamanı ayrılan pullara, bütün hədə və qorxulara baxmayaraq kürdçü partiyalar 7% ətrafında belə səs toplamağa çətinlik çəkirlər. Buradan göründüyü kimi Türkiyəni və regionu parçalayıb öz diqtələri ilə istədikləri dövlətləri qurmaqçün milyardlarla dollar pul ayrılır. Satın alınmış şəxslər, özünü kürd millətçiləri sayan adamlar vasitəsilə tez-tez bu cür rəqəmlər gündəmə gətirilərək spekulyasiya edilir. Bununla region xalqlarını indidən bu rəqəmlərə və qurulacaq dövlətin xəyali xəritəsinə inandırılmağa çalışılır.
Iran kürd millətçisi Mehrdad İzadinin hesablamalarına görə 2050-ci ildə kürd əhalisi türklərin sayını ötəcəkdir. Onun dediyinə görə 2020-ci ildə kürdlərin sayı 34 milyona, 2050-ci ildəsə 50 milyona çatacaqdır.
1991-ci il 18 martda  dünyaca ünlü “TİME” dərgisində kürdlərin sayı 8milyon, 1apreldəsə 15 milyon olduğu barədə yazılar getdi. Bir çox insanlar bu məlumata əsaslanırlar çıxışlarında.Ancaq soruşan yoxdu iki həftə ərzində əhali ikiqat necə artdı? Təbiiki buradakı rəqəmləri dəyişdirən möcüzəli əllərdən növbəti yazılarımızda  bəhs edəcəyik.
Əslində kürdlərin Türkiyədəki real sayı nə qədərdi? Dövlət Statistika İnstitunun açıqladığı 1965-ci il rəqəmlərinə görə ölkə əhalisi 31.391.421 nəfər olmuşdur ki,bunun cəmi 2.219.502 (7.07%) nəfəri kürddür. Doğum ölkə üzrə 2.23% kürdlərin yaşadığı bölgələrdəsə 3.65 % dir.Amma Güneydoğuda terroru,uşaq ölümünün və.s itkiləri nəzərə alarsaq ümümi artım eyni rəqəmə yaxınlaşır.
Bilimsəl alimlərin 2006-cı il  araşdırmalarına əsasən 74 milyonluq Türkiyə əhalisinin yalnız 5 milyonu kürdcə danışa bilir.Hətta kürd olmayan zazaları və digərlərini də bu qrupa aid edərsək ümümi sayları 8milyonu(7.84%) ötmür.
p.s.bu yazı hər hansı kürd düşmənçiliyindən doğan yazı deyil, sadəcə reallığı üzə çıxarmaqçündü.

Комментариев нет:

Отправить комментарий