Страницы

20.07.2012

YAMAN AYRILMIŞIQ

Şirinxanım Kərimbəyli Şadiman


Yaman ayrılmışıq biri-birindən,
Körpülər, limanlar qovuşdurmayır…
Ürəyi oynadır istək yerindən,
Qüssədən gözlərdə yaş da durmayır.


Anlar saatlara qucağın açır,
Sinədə hicranın qəm dağın açır,
Canım qanadlanıb qəlbimdən qaçır,
Mənim məlalıımı üzə vurmayır.


Sən də can deyirsən ağrılarıma,
Həsrəti öyürsən ağrılarıma,
Yollar cavab vermir sorğularıma,
Bəbəklər göllənir sel qurumayır.

Комментариев нет:

Отправить комментарий