Страницы

16.08.2012

Azərbaycanda radikal vəhhabilərin gizli fondu fəaliyyət göstərir

“Üzeyir Simrinovun həm də xarici əlaqələri güclüdür. Belə ki, onun oğlunun bir neçə il əvvəl ərəb ölkələrinin birində dini təhsil aldığı sonradan isə “Əl Qaidə” terror təşkilatına qoşulduğu bildirilir”

Azərbaycanda radikal vəhhabilər olan xəvariclərin gizli fondu fəaliyyət göstərir. Bu barədə “Qafqazinfo”ya radikal dindarlara yaxın mənbədən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda uzun müddətdir ki, radikal vəhhabilər kimi tanınan xəvariclərin gizli şəkildə fəaliyyət göstərən fondu var. Bu fond öz inancı uğrunda mübarizə aparan və zərərçəkən dindarlara, onların ailələrinə yardımlar həyata keçirir.
Məlum olduğu kimi radikal vəhhabilərə qarşı Azərbaycanda da xüsusi xidmət orqanları tərəfindən ardıcıl olaraq əməliyyatlar keçirilir. Bu əməliyyatlar zamanı indiyədək Həbs olunan, yaralanan və həyatını itirən xeyli sayda radikal dindarlar olub. Xüsusi xidmət orqanları dəfələrlə onların Azərbaycanda dövlət əleyhinə yönəlik planlarının üstünü açaraq ifa edib və xüsusi ilə Bakı kəndlərində keçirilən bu əməliyyatlar zamanı xeyli sayda silah-sursatlar aşkarlanaraq götürülüb. Yəni situasiya elədir ki, radikal dindarlar son illər Azərbaycanda ciddi təzyiq və itkilərə məruz qaldıqları üçün öz tərəfdarlarını itirməmək naminə gizli bir fond yaradıblar. Həmin fonda rəhbərliyin Qobustanının Duvanlı qəsəbəsində fəaliyyət göstərən milliyətcə udin olan və xəvariclərin şeyxi kimi qəbul edilən Üzeyir Simrinov tərəfindən həyata keçirildiyi bildirilir. Onun elə bu fond vasitəsi ilə xeyli var dövlətə, o cümlədən un dəyirmanı, bir neçə market və çörəkbişirmə sexinə sahib olduğu haqda məlumatlar var.
Xəvariclərin şeyxi Üzeyir Simrinovun həm də xarici əlaqələri güclüdür. Belə ki, onun oğlunun bir neçə il əvvəl ərəb ölkələrinin birində dini təhsil aldığı sonradan isə “Əl Qaidə” terror təşkilatına qoşulduğu bildirilir. Məlumata görə, elə bu səbəbdən şeyxin oğlu İnterpol vasitəsi ilə axtarışdadır.
Azərbaycanda yaradılan bu fond vasitəsi ilə isə artıq həbsdə olan, eyni zamanda qeyd etdiyimiz kimi qarşıdurmalarda zərərçəkmiş kimi tanınan radikal dindarların ailələrinə ciddi maddi dəstək verilir. Fondun vəsaitləri bir neçə ölkədən daxil olan vəsaitlər hesabına formalaşdırılır.
Qeyd edək ki, Azərbaycanda vəhhabilərin daha sakit qolu kimi tanınan sələfilər də radikal xəvariclərə qarşıdırlar. Onların şeyxi Hacı Qamət xütbələrinin birində xəvariclərin ünvanına olduqca kəskin ifadələr də işlədib. Aşağıdakı audio vasitəsi ilə həmin xütbədə deyilən fikirlərlə tanış ola bilərsiniz.

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий