Sakit Orduxanlı
Salam Sarvanın 46 illiyinə
Salam Sarvan- poeziyamızın ən qüdrətli söz ustadı...
Salam Sarvan- sözə uduzan, ağı, ağası olduğu sözə uduzmayan, sözdən söz tutan söz uşağı...
Yox gerisini yazmayacağam. Ki tərifdən xoşu gəlməyən özündən 5 –cə yaş uşağın söz tənəsiylə üzləşməyin, düz 46- ildir həyatda daban-dabana addımladığım söz şahı Salamın sözünün qulu olmağı arzulasam da belə...
İllərdir mətbuatda olmağma baxmayaraq Salam haqqında yazmağa əlim gəlməyib-qorxmuşam, çəkinmişəm və daha doğrusu buna qüdrətim çatmayıb.
Yazsaydım, yaza bilsəydim yəqin ki, yazdıqlarım bir yox, iki-üç “Kapital”-lıq olardı. Çünki mən onunla uşqalıqdan bu yana hər zaman və hər yerdə “patok” yoldaşı olmuşam.
Salamla eyni ocağın –sözün “Lotusu” Süleyman ocağının külündən törəsək də o mənim üçün hər mənadada böyük, öyrədən və “ öyrədən” olub... Elə bil ki, doğularkən “inqə”-dən başqa söz bilməyən uşaq deyildi uşaqlığın uşaqı Salam. Bıcaqla düzəltdiyi qapı-pəncərədə də uşaqlıq dostu Yaşardan yaxşı düzəldə bildiyi “tel-arabası”-nda da söz yazmışdı o.
Qısqanc? Xain, təkəbbürlü deyildi uşaq Salam, heç kəsin ona öyrətmədiyini hamıya öyrədərdi o-elə mənə də.
Yaxşı yadımdadır, dədəli-nənəli ola-ola yaxşı təhsil almaqdan ötəri məcburi “deportasiya olunduğum Biləsuvar şəhər orta internat evində oxuyarkən dəqiq elimlərə maraq göstərməyimə baxmayaraq tarix müəllimimiz Məhəmməd tarix kabinetinin açarını Salama, bizə oxumağı və təkrari məsləhət bilən kişinin muzeyinin açarını Salama xatir mənə “bağışlamışdı” Ki, dərsdən sonra “yuvamıza” çəkilib dərslərimizə yaxşı “baxaq”, oxuyub “adam” olaq. Mən də hər həftə Salamın həm də mənim dərslərimdə oturan dayılarımın qorxusundan “yuvama” çəkilib sabahki dərslərimi hazırlayır, yorulanda kitab-dəftərimi kənara itələyib mənimlə yanaşı duran, saçlarının tökülməsindən dədəmə oxşayanı Leninə baxardım və həmən an yadıma dədəm düşdüyündən ağlayardım. Nəmli gözlərimi yuxarı qaldırıb gözünü məndən çəkmədən bic-bic gülümsəyən Leninə baxanda onun “oxumaq oxumaq yenə oxumaq” kəlamını yadıma salıb əlimi ən çox sevdiyim “ Cəbir”ə atardım.
Bir dəfə “yuvamda” yarı ac- yarı tox “Ferma teoremi”ni oxuyub hazırlamaq üçün “Cəbr”i vərəqləyəndə “qonşum” Salam içəri girib Leninə qəribə tərzdə salam verəndən sonra “Acmışam, dur gedək bir tikə çörək yeyək –dedi: Mən isə dərslərimin çətin olduğunu deyib getmək istəmədim, amma qarşımdakı açıq kitaba baxan Salamın “ Ferma teoremini”? əh nə var onu bilməyə, dur gedək yolda sənə öyrədərəm” deməsindən sonra 5 ci sinif uşağının bu teoremi necə bilməsini öyrənməy məqsədi ilə ona qoşuldum və yol boyu Salam mənə həmən teoremi belə öyrətdi:
Riyaziyyat dərsində müəllim şagirdən soruşur:
-“Ferma teoremi”ni bilirsənmi?
-Bəli.
-Danış görüm.
-Ferma müdirinin qarnı yekəlirsə, deməli Fermada qoyunların sayı azalır.
İsbat elə.
Müfəttiş isbat edəcək.
Şagird haradan biləydi ki, ferma müdiri müfəttişin təbaşirini arağ şüşəsində çoxdan “İsladıb”.
Bəli həmən gün mən “Cəbr”i açmadım və səhər dərsdə “Ferma teoremi”nin “müəllifini” qeyd etməklə danışdım. Riyaziyyat müəllimimiz bixeyləm gülərək Salamı sinifimizə gətizdirib alnından öpdü və mənə beş yazdı...
Bir dəfə də bütün “internat” uşaqları yay tətilinə buraxıldığından Salam hər gün bizim evimizə gəlib şəxsi kitabxanamda “eşələnər”, mənsə buraxılış imtahanlarına hazırlaşardım. Bütün buraxılış imtahanlarına düşən fənləri su kimi “içsəm” də, “Kimya”dan axsayırdım və həmən imtahanda Maarif Nazirliyinin nümayəndəsinin iştirak edəcəyini bildiyimdən sinifdə qalmaq, attestat almaq təhlükəsi ilə üz-üzə idim. Sağ olmuş Salam onun “çəmini” tapdı. Və....
İmtahan günü imtahan götürən müəllimlər, Maarif Nazirliyindən gələn nümayəndə “Kimya kabineti”ndə yerlərini rahatlamamış soyad sırası ilə bilet çəkməyə birinci dəvət olunacağımı bildiyimdən su ilə doldurduğum butulkanı və stakanı nümayəndənin qarşısına qoyub “ Müəllim buyurun, sussasanız distillə edilmiş H2O için” dedim və ürəyim əsə-əsə onun reaksiyasını gözlədim. Nümayəndəsə bir butulkaya bir mənə baxıb “Çox sağ ol oğlum ki, mənimlə “Kimya dilin”də danışdın, gedə bilərsən” deyib mənə 5 yazdı.
Zatən mənim bu gündə Salama –söz sənətinin 46 yaşlı “uşağı”na ehtiyacım var, sözün ona ehtiyacı olduğu qədər...
İ.S- “Uşaq” Salamın mənə “öyrətdiklərindən”danışdım. Böyük Salamın öyrətdiklərisə...
50 illik yubleyində görüşənəd Böyük “Uşaq” Salam Sarvan!

Комментариев нет:
Отправить комментарий