Страницы

23.08.2012

Eduard Limonov. Putin haqqında

Namiq Hüseynlinin tərcümələri

Budur Putin haqqında bir neçə zənnim.
Xüsusi bir şey yoxdur. Belə baxanda ölkə dondurulub və tormozlanıb, siyasətçilərin bəxti bağlanıb, şikəst qoyulub. Mən də istisna deyiləm. Lakin, bundan daha betər ola bilərdi.
Kimdir bu? Adi hərbiçi-məmur. Çekistliyi zadı yoxdur!
Onun vaxtında çekistlərin artıq yerli-dibli yox idi. Çekist inqilab uğrunda intihara hazır olan od parçasıdır. Putinin vaxtında çekistlərlə dolu qatar artıq çoxdan yoxluq aləminə getmişdi.
KQB-də onun işi nə idi? Drezdendə stoldan stola kağız daşıyırdı. Darıxanda alman pivəsindən vururdu, sonra yenə darıxırdı. Müddətinin sonuna qədər işdən çıxmır, axırda özləri qovurlar, çünki heç kimə faydası yox idi. İşsiz idi, havada qalmışdı.

Piterə gəldi. Bir işin qulpundan yapışmaq lazım idi. Çox düşünüb eləmədən LDU -ya (Lomonosov adına Dövlət Univerisitetini), Sobçakın yanına gəldi, gülməli bir vəzifəni, LDU-nun xarici ölkələrlə əlaqələrinin təşkilini öz üzərinə götürdü. Sobçak mer seçilən kimi, onun arxasınca meriyaya getdi.
Mənim fikrimcə Sobçak və onun əhatəsi (Orda daha kimlər yox idi! Bəzilərini sonradan “razborkalarda” öldürdülər, başçılardan biri Şutov ömürlük həbsdədir. Kudrin və Mironov da oradan çıxıblar) fağır hərbiçi-məmur Vladimir Putini bacardıqları qədər deformasiya ediblər. Ona öz inancları olan əclaflığı öyrədiblər. Məncə Sobçakın əlinə gəlib çatana qədər o daha təmiz idi. Sobçakın yanında bütün naqislikləri gördü və bu onu relsdən çıxarıb başlanğıc olaraq KQB –yə gətirib çıxardı. Bütün çatışmamazlıqlarına baxmayaraq rəhbər təyin olundu, görünür bu təşkilata məhz belə bir rəhbər qoyulmasını istəyirdilər.
Bu da Putin tapmacasının cavabı. Sobçak həm siyasətçi, həm şəxsiyyət kimi onu əlindən gəldiyincə pozdu. Bundan sonra yola davam.
Belə baxanda məlum olur ki, ilk günlər onun heç iddiaları da yox imiş. O sadəcə pis əllərə düşüb, əldən-ələ gəzirdi. Fikrimcə ilk vaxtlar o hətta, KQB qaydalarına qarşı getməkdən utanırdı da, ancaq sonradan öyrəşdi.
Dövlətin ali vəzifəsinə gətiriləndə əvvəlcə heç, nə etmək lazım olduğunu da bilmirdi, elə bilirdi, hakimiyyət, kef eləmək yeridir. Birinci müddətində hər şey başlı-başına buraxdı. Yadınızdadırsa, vaxtının çox hissəsini Soçidə dincəlməklə keçirirdi. Sualtı qayıq (Kursk atom sualtı qayığından söhbət gedir-N.H) haqqında “o batdı” deyə məsumcasına danışırdı, halbuki onun ABŞ sualtı qayığı ilə toqquşduğunu bilirdi. Hələ də susur. Bəlkə nə vaxtsa xatirələrində etiraf edəcək?
Tez-tez hakimiyyət xəstəliyinə tutulurdu. Elə bil narkotikaya aludə olmuşdu.
Dartı, öyrəşdi, hakimiyyətsiz özünü pis hiss etməyə başladı. Tanrıya şükür düşüncəsi hələ də məmur düşüncəsidir, yoxsa başımız daha böyük bəlalar çəkərdi.
Bu il seçilmək üçün dəridən-qabıqdan çıxdı. Seçildi. Hətta necə duyğulandısa, gözlərində yaş da gilələndi.
Özünə məşğuliyyət tapa bilmir. Heç bir layihəsi yoxdur.
Bir az vurnuxacaq. Ola bilsin hardasa boğaza yığılıb, əlindən xəta çıxacaq. Təhlükəlidir. Hakimiyyət başında olan istənilən sadə adam kimi.
Bu RF-nın başçısı haqqında 4 iyul moizəsiydi.

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий