Şəbnəmə, Cəlilə
Uzun bir yolun ortasında
addımlarım bitir, dostlar,
gözüm çatmır uzaqları görməyə,
məni tək qoymayın, nolar...
Üzünü yoxluğa çevirmiş
kədər var içimdə,
kökü acı taleyimdən su içən kədər...
taledən qaça-qaça
ölümə yetişmək varmiş,
məni tək qoymayın, dostlar...
Darıxmaq ən uzun feldi,
mən bu ömrün sonuna darıxa-darıxa gəldim,
Tanrı mənə darıxmaq cəzası verib,
darıxmağa sərf olunur
günlər, aylar...
məni tək qoymayın, dostlar...
Çəkdiyi ağrıların
cəminə bərabərdir insan,
əvvəl araq süzürdüm ağrının üstünə,
indi ağrı dağılıb içimə,
araq çarəsizdi...
ağrıyanda məlhəmim siz olun, nolar...
məni tək qoymayın, dostlar...
Təkliyin damında
quş uçurmuşam,
tənhalığım parçalanıb, səpələnib səmaya,
quşlar yuvasına qayıtmayıb,
boş qalıb içimdəki xaraba...
qoymayın havalanım...
məni tək qoymayın, dostlar...
Arzuların sərhədində
tikanlı məftillər uzanır,
çəpəri üstündən aşa bilmirəm,
ayrılıqlar çay kimi uzanır ömrümüz boyu...
Üzünü yoxluğa çevirmiş
kədər var içimdə...
Şəbnəm, Cəlil,
Bu kədər o kədərdən deyil,
məni tək qoymayın, nolar...
Uzun bir yolun ortasında
addımlarım bitir, dostlar,
gözüm çatmır uzaqları görməyə,
məni tək qoymayın, nolar...
Üzünü yoxluğa çevirmiş
kədər var içimdə,
kökü acı taleyimdən su içən kədər...
taledən qaça-qaça
ölümə yetişmək varmiş,
məni tək qoymayın, dostlar...
Darıxmaq ən uzun feldi,
mən bu ömrün sonuna darıxa-darıxa gəldim,
Tanrı mənə darıxmaq cəzası verib,
darıxmağa sərf olunur
günlər, aylar...
məni tək qoymayın, dostlar...
Çəkdiyi ağrıların
cəminə bərabərdir insan,
əvvəl araq süzürdüm ağrının üstünə,
indi ağrı dağılıb içimə,
araq çarəsizdi...
ağrıyanda məlhəmim siz olun, nolar...
məni tək qoymayın, dostlar...
Təkliyin damında
quş uçurmuşam,
tənhalığım parçalanıb, səpələnib səmaya,
quşlar yuvasına qayıtmayıb,
boş qalıb içimdəki xaraba...
qoymayın havalanım...
məni tək qoymayın, dostlar...
Arzuların sərhədində
tikanlı məftillər uzanır,
çəpəri üstündən aşa bilmirəm,
ayrılıqlar çay kimi uzanır ömrümüz boyu...
Üzünü yoxluğa çevirmiş
kədər var içimdə...
Şəbnəm, Cəlil,
Bu kədər o kədərdən deyil,
məni tək qoymayın, nolar...
Комментариев нет:
Отправить комментарий