Cabir Albantürk
...Kəndlikdən çıxır kəndlər...
Abadlaşır... yadlaşır...
Adamlıqdan uzaqlaşır adamlar,
Harınlaşır, yazıqlaşır adamlar.
Allahdan, elmdən, kökümüzdən qaçırıq,
Günah-haram... yükümüzü artırıb,
Abır-həya... tikəmizdən qaçırıq.
Ailədə, məktəbdə soyuq arxayınçılıq.
Torpaq da satılır, iş də,
Dolu da satılır, boş da...
Əzabını çəkənlər, içəridən çökənlər
sabahı güman cavanlar...
Üz döndərib doğulduğu torpaqdan,
bezib yarımkəndçilikdən,
barmaqını sormaqdan
axışar uzaqlara...
Kimsə o yad güzaranla öyünər də,
Millət hissi zəif olsa canında
qayıtmaz, dönməz yurda
Vətənin dar günündə...
Kəndlərimiz dönər də...
könüllü donarlara...
İçinə, çölünə baxanı olmaz,
Suyuna, yoluna baxanı olmaz.
...Kəndlikdən çıxır kəndlər...
Abadlaşır... yadlaşır...
Adamlıqdan uzaqlaşır adamlar,
Harınlaşır, yazıqlaşır adamlar.
Allahdan, elmdən, kökümüzdən qaçırıq,
Günah-haram... yükümüzü artırıb,
Abır-həya... tikəmizdən qaçırıq.
Ailədə, məktəbdə soyuq arxayınçılıq.
Torpaq da satılır, iş də,
Dolu da satılır, boş da...
Əzabını çəkənlər, içəridən çökənlər
sabahı güman cavanlar...
Üz döndərib doğulduğu torpaqdan,
bezib yarımkəndçilikdən,
barmaqını sormaqdan
axışar uzaqlara...
Kimsə o yad güzaranla öyünər də,
Millət hissi zəif olsa canında
qayıtmaz, dönməz yurda
Vətənin dar günündə...
Kəndlərimiz dönər də...
könüllü donarlara...
İçinə, çölünə baxanı olmaz,
Suyuna, yoluna baxanı olmaz.
Комментариев нет:
Отправить комментарий