Sultan Laçın
Artıq
Qərbin də dürüst düşünən insanları sələmdən uzaqlaşmağın vacibliyini dərk
edirlər. Avropanın maliyyə eksperti Savvati Taneya deyir:”Amerikadakı maliyyə
böhranı sələm üzərində qurulmuş sövdələşmələrə qarşı İslam iqtisadçılarına
qızıl bir fürsət verir”...
2008-2011-ci
illərin ümumdünya iqtisadi böhranı zamanı demək olar ki, heç bir İslam bankı
iflasa uğramamış, əksinə, onlar maliyyə uğurları əldə etmişlər. Malaziyanın
maliyyə nazirinin məlumatına görə, ölkədəki İslam banklarına heç bir
zərər dəyməmişdir.
Hətta məşhur İslamic of Bank Btitainin aktivləri 51 faiz - 32 mln. dollar artmışdır. Artıq Çin və Cənubi Koreya kimi ölkələr sələmsiz işləyən İslam bank sistemi ilə ciddi maraqlanmağa başlamışlar....
Hətta məşhur İslamic of Bank Btitainin aktivləri 51 faiz - 32 mln. dollar artmışdır. Artıq Çin və Cənubi Koreya kimi ölkələr sələmsiz işləyən İslam bank sistemi ilə ciddi maraqlanmağa başlamışlar....
“Challenges”
jurnalının baş redaktoru isə belə yazır: “Banklarımızın məsul işçiləri Quranda
qeyd olunan təlim və ehkamlara ehtiram göstərməyə çalışsaydılar, indi bu
fəlakət və böhranlar başımıza gəlməzdi”...
Ötən illər bir
sıra bankların iflasa uğradığı Azərbaycanda da kreditorlar, sələm verənlər
böyük təlaş içindədir. Əhalinin acınacaqlı maddi durumundan istifadə edərək
yüksək faizlə kredit verən bəzi
banklar
borcları toplaya bilməmək təhlükəsi ilə üz-üzə qalıb...
Bəziləri bu
yazılanlara da, hətta Quran ayələrinə də (əğstəfürullah!) istehza edərək
düşünür ki, mən yüz minlərlə manat kredit vermişəm, yaxud götürmüşəm, amma
işlərim yağ kimi gedir, kefim kökdü, evim-eşiyim, maşınlarım, hər şeyim
var... Ancaq ətrafımızdakı kredit, sələmlə dolananların əksəriyyəti elə bu
dünyada əzab-əziyyət içindədirlər... İstəkli oxucu, özün götürməmisənsə də,
ətrafda sələmə, kreditə, sələmə qurşananların həyat tərzinə, əhval-ruhiyyəsinə
diqqətlə bax... Bu günlərdə neçə tanışla rastlaşmışam, sələm ödəmək əlindən az qala göz yaşı tökürlər...
Doktor Əbdül
Əziz “İslam və müasir tibb” kitabında yazır ki, sələm verənlər də, sələm
alanlar da bu haramın tibbi-psixoloji zərərlərini mütləq yaşayırlar. Sələm
şəkər, yüksək qan təzyiqi, yarımiflic və ruhi çatışmazlıqla bitən qanazlığına
səbəb olur...
Sələm verən
şəxs birdən-birə yüksək səviyyədə varlana bilir. Ani tərəqqilər zamanı yaranan
ruhi reaksiyalar bir çox hallarda dözülməzdir. Çünki həmin məxluq öz
varidatının məhv ola biləcəyini təsəvvür etmir. Əgər onda belə bir təsəvvür baş
qaldırarsa, sevinci aradan gedər və dəhşətli qəfil itki qorxusu yaranar.
Ruhi-əsəbi xəstəliklərin bir çoxu məhz bu cür hallarda baş qaldırır. Bundan
əlavə, sələm verən məxluqatların çoxu harınlayaraq əlini ağdan-qaraya vurmur,
işsiz, hərəkətsiz qalır və hərəkətsizlikdən törənən cürbəcür xəstəliklərə;
infarkta, bel ağrılarına, onurğa sütunu problemlərinə və s. düçar olurlar...
Borclu ehtiyac
üzündən sələm alır. İlk vaxtlarda sələm aldığı şəxsə səmimi minnətdarlıq da
edir. Lakin sələmi ödəmək vədəsi gəldikcə ürəyində sələmçiyə lənət oxuyur, onun
ədalətsizliyini(borcu faizlə verdiyi üçün) unutmur. Dr. Ə.Əziz bu prosesi belə
təsvir edir:
“Hətta iş o
yerə çatır ki, borclu sələmçinin pəncələrini öz boğazında hiss edir. Belə bir
vaxtda yazıq borclunun bütün vücudu sələmçiyə lənət qarğışı göndərir və onun
qanına susayır. Axı o gözləri ilə görür ki, canı bahasına topladığı gəliri
sələmçinin cibinə axır. Bəzən borclu intihara əl atır və bəzən də borc sahibini
amansızcasına qətlə yetirir.
Bu cür problemlər sonda yığışaraq ümumi partlayışa, böhrana və ya inqilablara
səbəb olur”...
Sələmin
psixoloji fəsadları ümumdünya böhranı misalında özünü qabarıq şəkildə
göstərməkdədir. Bu gün xüsusilə, Amerika və Avropada insanlar depressiya,
məyusluq, təlaş, dilxorçuluq və əsəbi pozuntular kimi xəstəliklər girdabında
boğulmaqdadırlar. Statistika ilə maraqlansaq, böhran illərində qətl və
intiharların nə qədər artdığının şahidi olarıq. Tanınmış Amerika psixoloqu
Nanse Molita yazır: “Mən ixtisasım üzrə çalışdığım 20 il ərzində hələ
belə bir böhran görməmişəm. Təlaş və sıxıntının səviyyəsi bütün tarixi qeydləri
darmadağın edərək kölgədə qoyur”...
Sələmə
külli miqdarda pul vermənin köklü səbəbləri sözsüz ki, Allaha, axirətə
inanmamaq və sonsuz tamah, varlanmaq ehtirasıdır. Sələmə, kreditə
pul götürmənin əsas səbəbləri isə aşağıdakılardır:
-Allaha,
peyğəmbərə (ə.s.), axirətə iman gətirməmək;
-Çağdaş
yaşam tərzi ilə müqayisədə əhalinin halal gəlirlərinin, o cümlədən maaşların
ifrat azlığı;
-Bəzilərinin
əllərindəki halal gəlir vasitələrindən istifadə edərək zəhmətlə yaşamaq
əvəzinə, sələmə girməyi üstün tutması;
-Başqaları
ilə bəhsəbəhs varlanmaq həvəsi, hədsiz tamah.
-Tamamilə
yoxsullaşmaq qorxusu...
Sözsüz ki,
1-ci, 4-cü və 5-ci amillər üstünlük təşkil edir...
BƏS
SƏLƏMDƏN QURTULUŞ YOLU VARMI? Sələmin bəşəriyyətə vurduğu zərərləri
sadalamaqla bitməz. Ancaq gerçəklik budur ki, dünyada, xüsusilə məmləkətimizdə
sələmə qurşananların sayı gündən-günə artmaqdadır. Və bu yazını oxuyanların
bəziləri yəqin ki, ürəklərində istehza ilə deyirlər: “Eh, yazmaq asandır,
bəs nə edək, çıxış yolu göstərin...”. Həmişə deyirik ki, bütün
haramlardan, o cümlədən sələmdən uzaq durmağın yolu hər bir kəsin nəfsinə
bağlıdır. Dünya bir imtahan yeridir. İldən-ilə Qiyamətə yaxınlaşdıqca da
imtahan şəraiti daha da şiddətlənir. İmansızlar, Allahsız hökmdarlar çoxalır,
haram qazanc yolları artır, halal yollar qapanır, haram ləzzət mənbələri, haram
yemək-içməklər çoxalır, halal ərzaq azalır...
Beləliklə,
hər bir çətinlikdən, eləcə də yoxsulluqdan da çıxış yolu tapmağın ilkin şərti
imanlı olmaqdır. İmanlı şəxs də, təbii ki, halal qazanc yolları
arayacaq. Həm yeməkdə, həm geyimdə aza qane olaraq hər şeyi qənaətlə
işlədəcək. Övladlarını da qənaətlə yaşamağa, çətinliklərə tab gətirməyə
öyrədəcək. Onların lüzumsuz istəklərini (“mənə filan bahalı oyuncağı alın”,
“maşın alın”, “filankəsin aldığı modalı paltardan, bəhmənkəsin aldığı cehizlik
qab-qacaqdan, mebeldən, qızıldan istəyirəm...” və s. və i.a.) yerinə
yetirməyəcək. Həftələrlə ət xörəyi yeməyəcək, meyvə, şirniyyat yeməyəcək, borca
götürdüyü pulla və ya nisyə olaraq bahalı, həm də geni dəyişdirilmiş ziyanlı
meyvə, tərəvəz almayacaq, borca, sələmə girib övladına ən bahalı sarayda toy
eləməyəcək, yaxud rəhmətə getmiş ata və ya anasına qara mərmərdən başdaşı
qoydurmayacaq... İmanlı şəxs qazandığına, boğazından keçən hər tikəyə görə
Yaradana dəfələrlə şükürlər və bolluca dualar edəcək...
Bunları
bacara bilməyənlər imanlarını bir parça yağlı ətə, bir bəzəkli taxta
ovuntusuna, 5-10 qramlıq parıltılı metala, 1-2 tonluq dəmir və rezin yığnağına
dəyişəcəklərmi?..
Xalqın
yeraltı və yerüstü sərvətlərindən, zəhmətlərindən, vergilərindən formalaşan
büdcə yersiz işlərə sovrulub bir qrup korrupsionerə yem edilməsə, imkanlıların
mal-mülkünün düzgün deklarasiyası aparılıb vergilər ədalətlə yığılsa, pensiya
və maaşlar lazımi səviyyəyə qaldırılsa, xırda və orta sahibkarlara, fermerlərə
işləmək üçün qanuni şərait yaradılsa, vətəndaşların faizli borca girməsinin
qarşısı xeyli alına bilər. Azərbaycanda deyilənlərə əməl edilsə, dövlətin
hətta imkansızlara faizsiz kredit verməyə də imkanı olar. Bu halda varlı
şəxslər də faizsiz borc verməyə təşviq olunar. Dinimizdə təmənnasız borc vermək
çox böyük savab hesab olunur.
Yeri
gəlmişkən, bu yaxınlarda ölkənin Kəmaləddin Heydərovun bir müğənniyə, Ziya
Məmmədovun isə bir şairə yardım etməsi xəbəri məni çox ümidləndirdi... Əlbəttə,
istəsələr, daha çox imkansıza yardım edərlər...
slacin1992@rambler.ru
Комментариев нет:
Отправить комментарий