Страницы

21.08.2012

UNUTDUĞUM GÖZ YAŞLARIM

MiRZƏ SAKİT

Deyirlər ki,
mən dünyaya gələn vaxtı
ağlamışam,
gözlərimi açıq tutub
göz yaşımı kipriyimə düzə-düzə
saxlamışam.
Ağlamağım
yaddaşımdan küsüb gedib,
anam da ki,
həmin vaxtı öz ağrısın çəkə-çəkə,
sevincindən göz yaşların
tökə-tökə,
o göz yaşın kipriyinə düzə-düzə,
bələyimə süzə-süzə
ağlayırmış.

Sonralardan
özümün də anamın da
ağlamağın unutmuşam.
Gözlərimi zilləyərək
boylanırdım,
hiss edirdim siqal çəkir
mərhəmətli əl başıma.
Mən böyüdüm yaşa doldum,
illər keçdi
anam kimi ana oldum.
Öz körpəmi qucaqladim,
anam kimi sevincimdən
mən ağladim.
Körpəmin də ağlamağin,
körpə vaxtı axıtdığım
göz yaşımdan soraqladım.
Zaman keçdi, il dəyişdi
anamın da ömrü bitən
vaxt yetişdi.
Oturmuşdum
bir vaxt məni bu dünyaya gətirdiyi
otağında,
kipriyində həmin o yaş,
uzanmışdi yatağında.
Həmin sevgi, həmin o əl
siğalladı göz-qaşımı,
süzdürürdum kipriyimdən
anam üçün körpəlikdən saxladiğım
göz yaşımı.
Aman Tanrım,
mən insanam
bu dərdlərə necə dözəm,
necə yanam,
canı ilə əlləşirdi,
can verirdi,
insanlara şəfqət verən
həkim anam.
Təbəssümlü gözləriylə
mənə baxıb
dönə-dönə təkrarladı sözlərini,
əbədiyyat yuxusuna getmək üçün
anam yumdu gözlərini.
Bilirdim ki,
mən dünyaya gələn vaxtı
yaddaşımda qalmadığı
göz yaşımda anam uyur,
Həmin yaşı axıdarkən
söylədim ki,
- anam, buyur.
Mən duysam da, duymasam da
körpəsinin məhəbbətin
anam duyur.
Mən anamdan guc alsam da
mən anamla ucalsam da
mən qarıyıb qocalsam da
deyəcəyəm
- Hələ sağdır,
çox cavandır,
mənim anam,
mənim anam !!

Комментариев нет:

Отправить комментарий